Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Bəzi cizgi filmləri zorakılığı təbliğ edir ”

 

"Azərbaycan televiziyalarında yayımlanan "Maşa və Medved", "Buz dövrü" kimi cizgi filmlərində zorakılıq elementləri mövcuddur".

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, şura telekanallara zorakılıq hallarını təbliğ etməyən cizgi filmləri yayımlamağı tövsiyə edib: "Bəzi cizgi filmlərində zorakılıq halları müşahidə olunur.

Əslində, bu hallar əyləncə xarakteri daşıyır, amma bu filmlər onları seyr edən uşaqlarda aqressiya yarada və ya həmin hərəkətləri təkrar etmək kimi vərdişlər yarada bilər. Bəzi psixoloqlardan, ekspertlərdən bu məsələ ilə bağlı müraciətlər alırıq. Biz də telekanallara tövsiyə edirik, çalışıb elə cizgi filmləri yayımlasınlar ki, orada uşaqların aqressiyasına səbəb olan zorakılıq halları az olsun. Onu da qeyd edim ki, bu gün efirdə aqressiya doğuran çizgi filmləri çox az yayımlanır".

T.Dadaşov bildirib ki, yerli cizgi filmlərinin qıtlığı var və bu səbəbdən də telekanalların başqa variantı qalmır: "Yerli cizgi filmləri az olduğu üçün televiziyalar əcnəbi filmləri efirə verirlər. Bu filmlər çox zaman çəkilən ölkələrin öz psixologiyasına uyğun olur və ya efirdə müəyyən bir saatlar üçün nəzərdə tutulur. Bizim kanallar isə bəzən həmin cizgi filmlərini günün istənilən saatında yayımlayırlar".

Son zamanlar "Mədəniyyət" telekanalında çox maraqlı milli cizgi filmlərinin yayımlandığını deyən şöbə müdiri onu da əlavə edib ki, milli cizgi filmlərinin çəkilməsi üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsi hələlik aktual deyil. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam