Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hesablama Palatası icra başçısını ifşa etdi: MƏNİMSƏMƏ

              

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi dövlət vəsaitini havaya sovurub

 

Xeberinfo.com:   Dünən Hesablama Palatası Səbail Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrini açıqlayıb. Açıqlamadan belə məlum olur ki, ötən illərdə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi külli miqdarda dövlət vəsaitini de-fakto havaya sovurub: “mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.

Əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib.

Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb”.

Göründüyü kimi, Hesablama Palatası kifayət qədər ciddi sayıla biləcək faktları açıqlayıb. Ölkəmizin hazırkı məlum iqtisadi-maliyyə durumunda Hesablama Palatasının bu açıqlaması daha da aktual hesab oluna bilir...

 Xatırladaq ki, palatanın açıqladığı qanunazidd əməliyyatlara sorumlu olan Səbail rayon icra hakimiyyətinin o zamankı, Nəsimi rayonunun hazırkı icra başçısı Asif Əsgərov və Səbail rayon mənzil-kommunal təsərrüfatı birliyinin rəisi Elbrus  Əhmədovdur... Səbail rayon 9 saylı Xəzinədarlıq İdarəsi də məsələdən sorumlular sırasında görünür.

 

 Bu istiqamətdə xeberinfo.com-a yeni məlumatlar daxil olub. Hər iki şəxsin uzun illərdir yüksək vəzifə daşıdığı halda, yuxarıdakı məlumatların yayılması xüsusi ilə diqqətçəkici olmaqla, həm də konkret suallar doğurur...

 Dövlət başçısının korrupsiya, büdcə vəsaitlərinin mənimsənilməsi kimi hallara qarşı məlum mövqeyini nəzərə alsaq, Hesablama Palatasının bu açıqlaması ciddi araşdırma tələb edir. Ölkənin hazırkı iqtisadi-maliyyə durumunda, hər bir vəzifəli şəxsin məsuliyyət yükünün daha da artığı halda Asif Əsgərov kimi təcrübəli rəhbərlə bağlı bu məlumatları anlamaq çox zordur. Əgər Hesablama Palatasının açıqlaması birmənalı olaraq Səbail Rayon İcra Hakimiyyəti və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “özfəaliyyəti” ilə bağlıdırsa, onda bunun bir adı var: XƏYANƏT.

Dövlət başçısının göstərdiyi yüksək etimadı bunca doğrultmamağın başqa adı varmı? Indi növbə aidiyyatı dövlət strukturlarının-hüquq-mühafizə orqanlarınındır...

Redaksiyamıza Asif Əsgərovun rəhbərliyi dövründə Səbail rayonunda aparılan bir sıra digər əməliyyatlarla da bağlı məlumatlar daxil olub...    

Təəssüf ki, yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qaldı.

Mövzu diqqətimizdədir.

 

Hüseyn

 

         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam