Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müğənninin ölkədən çıxışına qadağa qoyuldu

 

Nəsimi rayon məhkəməsi xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə publika.az-a açıqlamasında müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov məlumat verib. Onun sözlərinə görə, qərarda Aygün Kazımova tərəfindən məhkəmə qətnaməsini qərəzli şəkildə icra edilməməsi göstərilib.

 

"Həmin qətnaməyə görə, Aygün Kazımova Natavan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni icra etməkdən boyun qaçırır", - deyə vəkil əlavə edib.

Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir. Odur ki, xalq artisti Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, ölkə hüdudlarını heç bir halda tərk edə bilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam