Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Davudoğlunun “balkon çıxışı”- (VİDEO)

 

AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu seçkidən sonra ötən gecə “balkon çıxışı” edib.

"Xeberinfo.com":  Məlumata görə, Davudoğlu AKP-nin bu seçkilərdə qalib gəldiyini bildirib: “Bu, bir demokrasi şölənidir, bura isə, bu balkon isə demokrasi balkonudur”.

Baş nazir deyib ki, AK Parti hərəkatı 13 ildir bir dava aparır: milli iradənin hegemonluğu!

Davudoğlu daha sonra türk xalqına təşəkkür və sayğılarını çatdırıb: “Millətimizin qərarı hər şeyin üstündədir. O, nə qərar veribsə, bütün partilər tərəfindən, hər kəs tərəfindən qəbul olunacaq. Biz millətdən gəldik, millətlə yürüyürük, millətdən güc alanlar əyilməz. AK Parti bir əxlaq hərəkatıdır... Biz 11-ci seçimimizi də birinci olaraq bitirdik. Allaha həmd olsun. Böyük tarixi yürüşlər üçün 12-13 il bir başlanğıc zamanıdır. Bir an belə durmadan davam edəcəyik”.

Ə.Davudoğlu uzun çıxışında seçki dönəmini və yekunları dəyərləndirib. Daha çox pafos olan çıxışda həm də bugünkü – 8 iyundakı Türkiyənin anonslarını da verib. “Qutlu yürüşümüz davam edəcək” deyən baş nazir seçkinin nəticələrini xalqın iradəsi adlandırıb. Bu nəticələri Türkiyə iqtidarının demokratik imtahandan üzüağ çıxması kimi dəyərləndirib: “AKP-ni seçkini saxtalaşdırmaq, özünə uyğun şəkilləndirmək planları ilə suçlayanlar utanmalıdırlar... AKP bu seçkinin qalibi və 1-cisidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam