Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

GENETİK ÖLÜM-3


 

 

 

 

(43-cü yazı)

 

    Mən yenə qayıdıram Azərbaycan Tibb İnstitutunda keçirilən 1934-cü ilin, noyabr konfransına... Araşdırma materiallarına görə, professor Lətif Vəliyevin Azərbaycan Tibb İnstitutunda keçirilən anım günündə M.C.Bağırovun gəlişi və iştirak etməsi hamını çaşdırmışdı. O, məclisə üç nəfərlə gəlmişdi. Dördüncü adam isə institutun təhlükəsizlik məsələlərini təmin edən, mayor C.Qasımov idi. Əslində M.C.Bağırov bu məclisdə iştirak etməli idi. Gəlmişdi ki, tribunaya qalxıb, Lətif Vəliyev haqqında danışanlara tamaşa etsin. Çünki onların arasında Saratov qətlində iştirak edən professorlardan da var idi. İstintaq materialları üçün toplanılan məlutamlar dəqiqləşdirilmədiyinə görə ittiham olunacaq adlar açılmırdı... Sonra M.C.Bağırovun yanında əyləşib, çıxışçılara diqqətlə qulaq asan Moskvadan göndərilmiş müstəntiq Boris Qriqoriyeviç Novikov-Peşkov (O, məşhur rus yazıçısı A.M.Qorkinin nəslindən idi) əlindəki qovluğu açdı... Bu görüntüləri müşahidə edən və SSRİ Hərbi Kəşfiyyat İdarəsinə (BKK) “Xüsusi Arayış” hazırlayan kəşfiyyat mayoru S.S.Morqunov “210-21./D.” – saylı “Xüsusi Qovluq”da saxlanılan qeydlərində yazır: “Müstəntiq Novinkov-Peşkov kürsüyə qalxan və odlu-alovlu nitq deyən, aonra uşaq kimi ağlayan Tibb İnstitutunun müəllimi haqqında M.C.Bağırov yoldaşa məlumat verdi və dedi ki, Saratov qətlində bu adam əsas icraçılardan biri olub.

M.C.Bağırov yoldaş isə müstəntiqə dedi: - Mənim xəbərim var. Əslində mən bura onu dinləmək üçün, ona baxmağa gəlmişdim. Ona çıxış üçün sözü də mən verdirdim. Rəhbərlikdən xahiş etdim, ona danışmaq üçün fürsət versinlər... Fürsət də verdilər. Vay olsun bizim elmimizə, təhsilimizə. Vay olsun bizə ki, Lətif Vəliyevin istedadını ikiüzlü, yaltaq və qorxaq adamlardan xilas edə bilmədik. M.C.Bağırov yoldaş çox sakit və təmkinli idi. Eyni təmkinlə müstəntiqə tərəf çevrildi. Novikov – dedi, Boris Qriqoriyeviç, mənim millətimdə belə şeylər olmayıb. Bu hardan gəldi, kimdən keçdi bu xəstəlik... Mənə də aydın deyil... Nə qədər ki, dədə-babalarımızın yolunu, Allahın yolunu qoyub, Şeytanın yolunu tuturuq, bizim millətin artımı mümkün deyil. Boris Qriqoriyeviç, bizim millət çox güclü millətdir. Təsəvvürünüzü bir nəfərlə yekunlaşdırmayın... İstintaq vaxtı heç kəsə qulaq asmayın, heç bir zəngə, xahişə, minnətə baxmayın. Hər şeyi olduğu kimi göstərin. Azərbaycan Tibb İnstitutuna soxulmuş o virusları mənə nişan ver...

Maraqlısı o idi ki, M.C.Bağırov “virus” deyəndə nəzərlərini tribunaya saldı...”

Kəşfiyyat mayoru S.Morqunovun məktubunu tam, olduğu kimi verməyi məsləhət bilmədim. Amma düşüncələrim məni rahat buraxmırdı. Axı nə üçün Lətif Vəliyev? Bu institut ondan – öz yetirməsindən nə istəyirdi?.. Öldürdünüz, indi istədiyiniz nədir? Məhv etdiniz, sonra? Qəbrini dağıtdınız, viran qoydunuz... sonra? Şəhərin mərkəzində olan kiçik bir ailənin sığındığı evinə də sahib çıxdınız... utanmadan, həya etmədən yaşadınız və bəzilərinizin harın övladları, nəvələri dədə-babalarının, sizin abırsız və həyasız həyatınızı davam etdirir... Əslində və məntiqə görə sizin – Lətif Vəliyevi öldürənlərin genetikası olub. Amma sizlər bunu görmək istəmir...

 

    Mən mövzudan yayınmaq istəmirəm. Araşdırma materiallarına görə Lətif Vəliyevin elmi konfranslarda irəli sürdüyü tezislərlə, yazdığı  elmi məqalələrlə bağlı onlarla adam dissertasiya yazıb, elmi ad alıb.

İstintaq araşdırmalarında göstərilir ki, (Saratov Hərbi Sənaye kompleksinin laboratoriya müdiri Anna Saltıkovna Stepanovanın izahatından) istedadlı alim Lətif Vəliyevin işlədiyi və apardığı elmi tədqiqatların nəticəsi olaraq, 178 səhifəlik araşdırma materialı olub. Lətif Vəliyev əldə etdiyi taun xəstəliyilə bağlı elmi nəşticələri xüsusi qovluqda saxlayırdı. Bu qovluq həmişə seyfdə qorunurdu. Lətif Vəliyevin göstəriciləri diqqəti cəlb etdiyindən və ilkin nəticələr uğurlu olduğundan həm SSRİ Səhiyyə Nazirliyi və həm də SSRİ Müdafiə Nazirliyi tərəfindən xüsusi bir qayğıyla əhatə olunmuşdu.

     Professor Lətif Vəliyevin qətlindən sonra onun seyfindəki bütün materiallar, əl yazmalar və 178 səhifəlik qovluq yoxa çıxır. Maraqlısı bu idi ki, oğurlanmış 178 səhifəlik qovluğun sorağı 1944-cü ilin oktyabrında Krakova hərbi sənaye kompleksinin tədqiqat laboratoriyalarından çıxır. Krakova Polşanın ən strateji mərkəzlərindən biri kimi Hitler Almaniyasının həmişə diqqətində olub. Almanların ən böyük əsir düşərgələrindən biri də Krakova idi. Bu şəhər həmçinin alman hərbi kəşfiyyatı üçün ən böyük canlı laboratoriya kimi tarixdə qalıb. Professor Lətif Vəliyevə məxsus 178 səhifəlik elmi-araşdırmaların “Obver”in – Alman Hərbi Kəşfiyyatının sənədləri arasından Çıxması maraqlı və ciddi bir məsələdən xəbər verirdi. (İndi məndən tələb olunurdu ki, hadisələri tələsmədən, təmkinlə araşdırıb, nəticəyə gəlim).

    Araşdırma materiallarına  görə Saratovdakı Hərbi Sənaye Kompleksinin laboratoriya müdiri, təhlükəsizlik mayoru A.S.Stepanov verdiyi açıqlamada (istintaq ifadəsində) qeyd edir ki, Lətif Vəliyevin M.C.Bağırova xüsusi məktubu olub. Amma məktub göndərilməyib. Kəşfiyyat arxivində - “Xüsusi Qovluq”da saxlanılan həmin məktub haqqında hələlik danışmaq istəmirəm. Çünki o məktubla bağlı ayrıca yazımız olacaq. Həm kədərlə və həm də əsl azərbaycanlı balasına xas olan qürurla yazılan bu məktub ilk cümləsindən son cümləsinədək insanı düşündürür...

Məlumata görə professor Lətif Vəliyev taun və yaxud qara yara xəstəliklərini tötədən səbəbləri araşdırarkən çox maraqlı və həm də dövrü üçün lazımlı bir açıqlama verir. O, məlumat verir ki, taun epidemiyasının əsas səbəblərindən birincisi insanın sümükləridir. Onun fikrincə virus birinci sümüyə işləyir, orada özünə yol tapır. Taun virusu birinci düşdüyü orqanizmi iflic edib, çürüdür, məhv edir. Ona əlac olmur. Professor L.Vəliyevin fikrincə özünə sümükdə yer tapan virus sonradan insanın ən həssas orqanlarına “hücuma keçir”. Nəticədə xəstəlikdən ölən hər kəs sonradan ikinci faciəsini yaşayır. Vəfat edən şəxsin-xəstənin cəsədi yandırılır və bundan sonra onun külü dərində basdırılır. Bütün bunlar qorxunc  virusun "dirilərək" yenidən qayıtmaması üçündür. Lakin virus qayıdır. O, təqribən 250 il insan sümüklərində yaşamaq gücündə olur.

    Professor Lətif Vəliyev Saratov laboratoriyasında yeni bir kəşf edir. Onun hazırladığı preparatla insan sümüyünü çürüdüb, əzmək, məhv etmək mümkün olur.

Zamanı üçün maraqlı, diqqəti özünə cəlb edən məsələ idi. Digər tərəfdən bu Sovet Hərbi Kəşfiyyat üçün ən vacib tapıntılardan biri idi. Bu elə bir vaxt idi ki, Lətif Vəliyevin öncə axtarıb, tapdığı "Muğan" və "Aran" vaksinləri aparılan sınaqlardan artıq çıxmışdı.

   Araşdırma materiallarında professor İqnatiy Semyonoviç adlı bir hərbi həkimlik, ixtisasca toksikoloq olan və uzun müddət hərbi Sənaye Kompleksin "O" şöbəsinə başçılıq edən kəşfiyyat zabitinin maraqlı qeydləri də var. Professorun şəxsi qovluğunda saxlanılan "Xüsusi Arayış"da qeyd olunur: "...Saratov şəhər hərbi prokuroru E.M.Poqosov yoldaşa yazıram ki, professor Lətif Vəliyevi şəxsən tanıyırdım. Ölümündən onbir gün qabaq Moskva qərara almışdı ki, onun əməyinə, az müddət ərzində etdiyi kəşflərə qiymət versin. Kompleks öz rəyini müsbət rəy kimi Moskvaya göndərdi. Kreml ona dövlətin ən böyük mükafatını ayırmışdı. Bu yoldaş İ.Stalininin göstərişi idi. çBu möhtəşəm mükafatdan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi M.C.Bağırov yoldaşın da xəbəri var idi. O, bununla bağlı kompleksin direktoru, general A.D.Pavlovskiy yoldaşa da telefon açmışdı. M.C.Bağırov yoldaş professor Lətif Vəliyevi generala dövlətin ən təmiz, saf və vicdanlı övladı kimi tanıtmışdı. Bu əslində o tərifli sözlərdən də uca idi. Professor Lətif Vəliyevi hər görəndə azərbaycanlılara paxıllığım tuturdu. Amma onu qoruya bilmədik. Mən dinə və Böyük Allaha inanan adamam. Hiss edirəm ki, professor Lətif Vəliyevə edilən qəsdə görə sevdiyim Allah-Təala bizi bağışlamayacaq. Belə adamlar dünyaya həmişə gəlmir. Görəsən, bunu Bakıda bilirlərmi?

Keçmiş ittifaqın hərbi kəşfiyyat idarəsinin rəsmi sənədlərində, əsasən 470, 491, 501, 632 saylı (sıra nömrəsinə əsasən) xüsusi qovluqlarında professor Lətif Vəliyevin elmi tədqiqatlarının nəticələrilə bağlı (əsasən Polşanın Krakova şəhərindən ələ keçirilmiş 178 səhifəlik qovluqla bağlı) ciddi arayışlar var. Mən Bütün bunları təhlil edə bilmədim. Etiraf edim ki, bacarmadım. Sadəcə qeyd edim ki, 178 səhifəlik materialın alman kəşfiyyatının əlinə keçməsi Kremldə əsl hay-küy yaratmışdı. Bu necə ola bilər? - sualı açıq qalmışdı. Arayışların birini (501 saylı) mayor E.Q.Marsel imzalamışdı. (Ruslarda belə soyad olmur. Şübhəsiz bu kəşfiyyatın uydurması idi). Kəşfiyyat mayorunun sözlərinə istinadən məlum olur ki, alman kəşfiyyatı 178 elmi tədqiqatın nəticələrini yaxşı dərk etmədiklərindən əziyyət çəkiblər. Çünki professor Lətif Vəliyevin elmi materialları-tauna qarşı ixtira olunmuş vaksinlərin sınaq nəticələri şəxsən Hitlerə vacib lazım idi. Alman ordusu taun bəlasından bir ayın içində 1.475  nəfər (1943-cü il iyun) zabit və əsgərini itirmişdi.

    Professor Lətif Vəliyevin ən böyük üstünlüyü onun alim sayıqlığı idi. O, 178 səhifəlik elmi-tədqiqatların nəticələrini göstərən məxfi kodları özündə saxlamışdı. Daha dəqiq desək Saratov Hərbi Sənaye Kompleksinin məxfi qovluqlarında saxlamışdı. Almaniyanın hərbi həkim-tədqiqatçıları bunun üçün 178 səhifəlik qovluğu yaxşı təhlil edə bilmədilər. Bütün bunlarla yanaşı bu necə ola bilər? - sualı Kremli çox düşündürürdü.

Araşdırma materiallarına görə professor Lətif Vəliyevlə qovluqların birində onun səliqə ilə yazdığı "Qeydlər" dəftəri var. Ölümündən beş gün öncə o, Bakıya, üstündə, "Şəxsən M.C.Bağırov  yoldaşa"  sözləri yazılmış məktub göndərir. Məxfi yolla Bakıya göndərilən məktubun M.C.Bağırova çatması haqqında da məlumat var. Professor "Qeydlər dəftəri"ndə yazır: "...Bu gün hardasa özümü rahat hiss edirəm. Bakıya yola saldığım məktub ünvanına çatıb. Saratov. 1934".

    Professor Lətif Vəliyevin Bakıya göndərilmiş bütün məktubları, əlaqə telefon danışıqları, davranış qaydaları xüsusi nəzarət altında idi. (Bəs onda nə üçün belə bir şəxsiyyəti aradan götürdülər?) Yazışmalarının birində o, qeyd edir ki, üç günlük Moskvaya çağrılıb. O, "Qeydlər dəftəri"ndə yazır: "Üç gün Moskvada oldum. Akademiklərlə, taun xəstəliyilə bağlı araşdırmalar aparan elm adamları ilə görüşdüm. Bu adamlar mənim işimə, araşdırmalarıma qarşı necə mehriban idilər. Elmdə, təhsildə...Mehriban olmaq mənim üçün vacib idi. Buna mənim ürəyimin ehtiyacı var idi. Bakıda bunu görmədiyim üçün əziyyət çəkirdim... Mənə imkan yaratdılar ki, qədim arxivlərə baş vurum. Arxiv sənədləri arasında mən Arazqırağı kəndlərərin – Bəylikin, Dəlilərin, Bezaranın, Qaraşlının, Qaraların, Bəcirəvanın adını çəkirdi. Professor C.A.Berdin bu kəndlərdə genetik araşdırmalar aparıb..."

Araşdırma materiallarına görə professor L.Vəliyevin xatırlatdığı kənd adları Saatlı, Sabirabad, İmişli ərazilərinə məxsus idi. Kəşfiyyat sənədlərində Becəran, Qaraqaşlı, Qaralar, Bəzirəvan yaşayış məntəqəkəri “Arıcanlı” dərəsi adlanırdı. (Qoy etnoqraflarımız bunu araşdırsınlar). Professor C.A.Berdinin məlumatlarına görə “Arıcanlı dərəsi genetik araşdırmalarda onun üçün ən böyük Akademiya olub. O, göstərirdi ki, genetik kodların inkişafında və davamlı, immunitetli

     Qan hüceyrələrinin formalaşmasında... yeni və sağlam nəsillərin yetişməsində, beyin hüceyrələrinin normal inkişafında... Arıcanlı dərəsinin misli yoxdur. O, bunu da iddia edir ki, inqilabdan əvvəl və inqilabdan sonra (1900-1920-ci illər) Rusiyanın, İranın, Türkiyənin... eləcə də bir neçə xarici ölkədən varlı və tanınmış adamlar özlərinin hamilə qadın, qız və gəlinlərini doğmaq ərəfəsində Arıcanlı

dərəsinə gətirərdilər. Səbəb də bu idi ki, Arıcanlı dərəsində doğulan uşaşqlar qan təzyiqindən, şəkər, xərçəng xəstəliyindən (bəd şişlərdən) uzaq olardılar. Ömürləri boyu belə xəstəliyi keçirməzdilər. Onların beyinləri, düşünmə qabiliyyətləri iti, ürəkləri gümrah olurdu. Əlbəttə, mövzudan kənar çıxmadım. Çünki bu da bizim mövzunun tərkib hissəsi olaraq qalır. (Bununla bağlı daha geniş çap olunacaq kitablarda açıqlamalar veriləcək).

Bu millətin bədbəxtçiliklərindən biri bu olub ki, hələ də nəyə qadir olduğumuzu

ortaya qoya bilməmişik. Etiraf edim ki, ayılmamaq üçün, vətən və dövləti, torpağı qorumamaq üçün güclü, gücsüz zərbələr endirilib. Biz vurub, yıxan, dağıdan, yol kəsən, haqqı yeyən, kiminsə əhli-əyalında gözü qalan, kimlərinsə artıq tikələrilə böyüyüb, ərsəyə çatan... millət olmamışıq. Məsələn 1970-ci illərdə Amerika alimləri açıqlama verirlər ki, və saf fikir və təxəyyüllərinə görə Azərbaycan ərazisi, azərbaycanlılar, Azərbaycan milləti ikinci yerdədir... O milləti aldadıb yoldan çıxarmaq çətindir.

   Aldanıb, yoldan çıxanlar, öz diyar və məmləkətlərini, əqidələrini... satanlar o millətdən deyil. (Pr.A.Bayrd). Professor A.Bayrd öz xalqına müraciətdə yazır: “...Gedin. Aranı qarışdırmadan o millətin, o xalqın ətəyindən yapışın. Dost olun, qardaş olun. Onların sizin üçün açdığı süfrələri dağıtmayın. O xalq dünyanı sarsıdan taun xəstəliyinin vaksinlərini tapan xalqdır...”

Bəs bu bəlalar hardan gəldi bizə? Nə üçün demirsən ki, biz həm də professor Lətif Vəliyevi öldürən, onun yurdunu viran qoyanlarıq cənab A.Bayrd... Biz həm də biganə, qədrbilməz, sərvətə aludə olan, nəfsinə özünü yandırıb əllərdə qoyana çevrilmişik, cənab A.Bayrd...

    Araşdırma materiallarına görə Moskvadan qayıtdıqdan sonra, professor Lətif Vəliyev Bakıya, Azərbaycan KP MK-nin Birinci katibi M.C.Bağırova maraqlı bir məktub ünvanlayır. O, məktubunda bildirirdi ki, Azərbaycan Tibb İnstitutundan Moskvaya dəvət olunacaq həkim-tədqiqatçılar rus, ukrayna və  belorus həkimlərilə birgə “Aqaronovun vaksinləri”ni Şirvan ərazisindəki yaşayış məntəqələrində, əsasən azyaşlı uşaqlar və hamilə qadınlar arasında sınaqdan çıxarmağı məqsəd biliblər. L.Vəliyev qeyd edirdi ki, qan hüceyrələrilə bağlı olan bu genetik “əməliyyat” iki dəfə uğursuzluğa uğrayıb, heç bir yenilik gətirməyib. Nəticədə “Aqaranov vaksinləri” Tacikistanda, Türkmənistanda yüzlərlə hamilə qadının ölümünə səbəb olub. Onun vaksinlərinin nəticəsi olaraq, təkcə Türkmənistanda 1933-cü ildə min iki yüz uşaq şikəst olub, 275 hamilə qadın tələf olub...

Məlumata görə professor Lətif Vəliyevin məktubundan sonra Azərbaycan səhiyyə sistemində əsl təlatüm baş verdi. Moskvaya göndərilən həkim qrupu geri çağrıldı. “Aqaronov vaksinləri”nin Azərbaycan ərazisində sınaqdan keçirilməsi qadağan edildi.

    Mən yenidən qayıdıram Azərbaycan genetikasında böyük dəyişikliklər yaradan, millətin genetik inkişafında əvəzsiz yer tutan, lakin tədqiq olunmayan, hələlik çoxları üçün qaranlıq və qapalı qalan Arıcanlı dərəsinə. (Qeyd edim ki, 1960-cı ildə təsdiq olunan İmişli rayonu ərazisinin bir hissəsi də Arıcanlı dərəsinə düşür. Görünür Arazqırağı yaşayış məntəqələrimiz hələlik yaxşı araşdırılmayıb, yaxşı tədqiq olunmayıb). Professor Lətif Vəliyev məktiblarının birində (“Qeyd dəftəri”ndə) həm də Araz qırağındakı Cəddi-İmami yaşayış məntəqəsindən söz açır. Maraqlısı budur ki, qeyd olunmuş Cəddi-İmami professor Lətif Vəliyevin taun əleyhinə ortaya qoyduğu “Muğan” və “Aran” vaksinlərinin tapılmasında çox əhəmiyyətli və başlıca rol oynayıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam