Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Genetik ölüm-4

 

 

    (70-ci yazı)

 

    "xeberinfo.com": Professor Lətif Vəliyevin üstündə “Oxunması qadağa və istifadə üçün götürülməsi qadağandır” (Tərcümə) qrifi olan (İnformasiya Komitəsi) qeydlər dəftərində maraqlı və ciddi təqdimat materialları var. Bu qeydlər məxfi qrifə salınmazdan əvvəl 147 dəfə oxunub. Səhifə-səhifə, cümləbəcümlə köçürülüb. (Biz bu barədə ola bilsin daha geniş araşdırma aparaq). Professorun “Qeydlər dəftəri” həm də yarımçıq qalan elmi tədqiqatların, araşdırmaların nəticələri idi. Bu qeydlərin bizim üçün qiyməti onda idi ki, professor Lətif Vəliyev ötən əsrin 20-30-cu illərində genetik sisteminə və yaxud qan hüceyrələrinə görə Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrindən nəzərdə tutulan məqsədlər üçün sürgün olunmuş, başqa ərazilərə (Azərbaycandan kənar) köçürülmüş nəsillərdən bəhs edir, onların tarixindən danışırdı. İlkin olaraq professor bu qədqiqatları ilə Azərbaycanda çox geniş yayılmış, müalicəsi mümkün olmayan xəstəliklərin ilk beşiyini, mənbəsini göstərirdi. Məsələn Azərbaycanda ilkin olaraq intihar, vərəm və onun sindromları haradan, hansı yaşayış məntəqəsindən başlayıb və nə üçün qarşısı alınmayıb? O da açıqlanır ki, Azərbaycanda yayılmış və bilavasitə genetik xəstəliklər kateqoriyasına daxil olan 63 xəstəlik və onların 240 sindromu bilərəkdən yayılıb və müalicəsi nəzərdə tutulmayıb. Nəticədə 4,8 milyon azərbaycanlı məhv edilib, sıradan çıxıb. (Bu ötən yüz illiyin ağrılı-acılı nəticələrindəndir).

Professorun qeydlərini təhlil etdikcə, o qeydlər ətrafında düşündükcə qarşımızda faciəmizlə bağlı daha geniş məsələlərin təhlili tələb olunur.

Faktiki olaraq həmin illərdə tibb sahəsində əsl mənada çaşqınlıq yaranmışdı. Qan hüceyrələrindəki (söhbət Azərbaycandan gedir) immunitet dözümlülüyü, genetik “sistem” bu sahədə tədqiqatlar aparan alimləri çox düşündürürdü. Bəzi yaşayış məntəqələrində nəsillər arasında qanın rəngində fərqlər müşahidə olunurdu. Bu müşahidələr əsasən hərbi sənaye komplekslərin tədqiqat sənədlərində, xüsusi arayışlarında adları Yaşıl üzük (Ordubad),  Bağ adası (Şamaxı), Susuz dərə (Gəncə), Bircə (Ağstafa), Şeytan dərəsi (Şəmkir) kimi qeyd olunan ərazilərə giriş və çıxışlara məhdudiyyət qoyulması məsələsi ortaya atılmışdı. On üç il sonra professor Lətif Vəliyevin genetikanı və ölkəni əldən salan ağır xəstəliklərə qarşı vaksinlərin tapılması istiqamətində apardığı elmi-tədqiqatın nəticələri ölkənin rəhbəri İ.Stalinin otağında nəzərdən keçirilir. Be akademikin, üç professorun iki kəşfiyyat genetalının iştirakı ilə müzakirəyə çıxarılır. Ona qədər professorun taun və qara yara xəstəliklərinə qarşı “Muğan” və “Aran” vaksinləri “İnqa” qara yara üçün həb dərmanları az miqdarda satışda idi. Sonradan bu preparatların istehsalı tam məxfi qrifə keçirildi. 1947-ci ildə İ.Atalinin göstərişilə yaradılmış İnformasiya Komitəsi məxfi təşkilatının əsas məsələlərindən birin də Azərbaycanda qan hüceyrələrinin və diqqəti cəlb edən qan rəngi arasındakı fərqlərin öyrənilməsi idi. Əslində 1951-ci ilədək fəaliyyət göstərən təşkilat xarici kəşfiyyat materiallarında bu istiqamətdə iş aparırdı. Necə ola bilərdi?... Məsələn Gəncədə məskunlşan Əbdülsəlimovlar (bu nəsil kəsilib). Nəslinə mənsub qırmızı qanın tünd olması (söhbət qan laxtalanmasından getmir), yəni rəng çaları Astara yaşayış məntəqəsində məskunlaşan Hilalzadələr nəslinə mənsub qanın rəngindən fərqlənir. Hər iki nəsil heç bir etnik qrupa aid deyil. Eyni qan qrupuna malik olan bu nəsillər indi mövcud deyil. Hər iki nəsil məhv edilib, sırada - yəni Azərbaycanın genetika tarixindən çıxarılıb. Biz Azərbaycanın sayılıb-seçilən və bilərəkdən genetikaları kəsilən  nəsillərdən danışacağıq. Araşdırmalara görə 1947-ci ilin oktyabrın 13-də Hilalzadələr nəsli bütünlüklə Astaradan köçürülərək Gürcüstanın Kutansi ərazisinə deportasiya edilir. Çünki bu nəslin qan hüceyrələri İ.Stalinin vətəni üçün onun mənsub olduğu millətinin yaşaması üçün çox vacib idi. Statistika göstərir ki, 1947-ci ildə Gürcüstanın ayrı-ayrı yaşayış məntəqələrində orta ömür həddi sürətlə enməyə başlayıb. Ən sağlam gürcü nəsilləri (hərbi kəşfiyyat həkimi O.İ.Berzinin tədqiqatı) 40-45 ildən artıq yaşaya bilmirdi. O vaxt belə məlumatın mətbuata verilməsi qadağan idi. Nəticədə Gürcüstanın yaşayış məntəqələrində deoqrafik xətt və yaxud cədvəl pozulmuşdu. Polkovnik O.Terzin (General Qan Berzinin qohumu) İ.Stalinin ünvanladığı “Məxvi hesabında” göstərirdi ki, bütün bunlar gürcü ailələrində psixoloji durumu gərginləşdirir, xəstəliklərin artmasına səbəb olur, yeni indromlar yaradır.

Maraqlı faktlardan biri budur ki, Hilalzadələr nəsli Astaradan Gürcüstana ötürüləndə Qazax yaşayış məntəqəsində nəslin yaşlı üzvləri, əsasən qocalar bir tərəfə ayrılır və gecədən xeyli keçmiş, kəşfiyyat sənədlərində qeyd olunan Badi-Sədd deyilən körpünün ətəyində güllələnirlər. Nəslin 22 nəfər yaşlı nümayəndəsi sərhəddə - Badi-Sədd körpüsünün təqribən on addımlığında (O.Terzinin qeydlərindən) basdırılır... (Hilalzadələr nəslinin sonrakı taleyilə bağlı sənədlər olsa da, danışmağı hələlik lazım bilmirik).

   Hilalzadələr nəslinin qan hüceyrələrini, (onun rəngini) araşdıran, bilavasitə MN-nin Baş Hərbi Kəşfiyyat İdarəsinin genetik tədqiqatlar qrupuna məxsus  “Kapitan V.İ.Suvorov qrupu”nun yekun sənədinə əsasən göstərilir ki, (Yeddi həkimin imzaladıqları rəy) bu hadisə Kremlin gündəlik iclaslarında geniş müzakirə edilirdi. Məlumata görə  Astara yaşayış məntəqəsindən çıxarılan Hilalzadələr nəslinə məxsus qan hüceyrələri hər hansı bir insan orqanizmində xərçəng sindromlarını (Yara və bəd xassəli şişləri) yarada biləcək virusları məhv edib, sıradan çıxarır, maddələr mübadiləsini tənzimləyir. Nəslin qan hüceyrələri qan qrupundan asılı olmayaraq, bütün insanlar üçün zəruri sayılırdı. Məhz bundan sonra Gürcüstanda əhali arasında geniş yayılmış qan xərçəngi və yaxud xərçəng xəstəliyinin  sindromları azalmağa başladı. Bu çox böyük bir elmi-tədqiqat işi idi. Rus generalı P.İ.İvaşutinin təbirincə desək, bu əsl möcüzə idi. “...Bütün İttifaq üçün qan möcüzəsi idi...”

Əbdülsəlimovlar nəslinə gəlincə... materiallar göstərir ki, bu nəslin də taleyi 1947-ci ildə dünyanın xarixi mətbuat səhifələrinə çıxarıldı. Məsələn Böyük Britaniya mətbuatında artıq Sovet İttifaqında aparılan genetik araşdırmaların genişlənməsi məsələsini yazırdılar. (Sovet alimləri o vaxt iddia edirdilər ki, belə araşdırmalar aparılmır)... Əbdülsəlimovlar ailəsi 1947-ci ilin oktyabrın sonunda Gəncədən Moskvaya deportasiya edildi. Biz nəşr olunan  kitabda bütün mənbələri nişan veririk. Aparılan  elmi-tədqiqatların nəticələrinə görə (Moskvanın 1 saylı hərbi sənaye kompleksinin tədqiqatı) Əbdülsəlimovların qan hüceyrələri dünyada analoqu olmayan ciddi bir məsələ idi. (Məlumata görə Əbdülsəlimovlar Gəncənin indiki İmamzadə yaşayış məntəqəsində məskunlaşmışdılar).

Bilavasitə hərbi əks-kəşfiyyatı və xarici kəşfiyyat məsələlərini (Əsasən genetika sahəsini) nəzarətə götürən, 1951-ci ilədək fəaliyyət göstərən İnformasiya Komitəsinin polkovniki, ixtisasca toksikoloq olan İ.D.Ponamaryovə onun on iki əməkdaşı Əbdülsəlimovlar nəsinə cavabdeh idi. Məlumata görə həslin yaşlı üzvləri (əsasən 70-80 yaşlı üzvü) sıradan çıxarılır...

Araşdırma materiallar arasında toksikoloq İ.D.Ponamaryovun 17 səhifəlik “xüsusi Arayış”ın surəti də saxlanılmaqdadır. Kəşfiyyat polkovniki arayışında xüsusi bizim üçün maraqlı olan və öyrənilməsi zəruri sayılan məqamlara toxunur. Polkovnik MN-nin hərbi sənaye kompleksinin təqdimat mərkəzinin rəhbəri general A.İ. Fominə yazır: “...Əlavələrimizi öz tədqiqat işlərinizə qoşmağı təklif edirik. Topladığımız informasiyalara görə Əbdülsəlimovlar nəslinin qan hüceyrələrini zədələyib, sıradan çıxarmaq, şikəst etmək və yaxud dəyişmək mümkün deyil. (?) Bu qan hüceyrələri imunitetə görə çox güclü və davamlıdır və adi qan hüceyrələrindən səkkiz dəfə güclüdür. Apardığımız tədqiqata görə Əbdülsəlimovlar nəslinin təqribən iki yüz il tarixi var. Nəslin nümayəndələrinin orta yaş həddi 80-90 arasındadır. Nəslin 16 üzvü 118 yaşında dünyalarını dəyişib. Əbdülsəlimovlar nəslindən əsasən dövlət və hökumət qulluqlarında istifadə olunub.   Nəslə məxsus qan hüceyrələri insan orqanizmində fəlakətlər yarada bilən şəkər və ürək-damar, qan təzyiqi xəstliklərini dağıdıb məhv etmək gücünə malikdir.

O nəsildə doğulan uşaqlar tez dil açır, tez yeriyir və güclü düşünmək qabiliyyətinə malik olur. Bütün əlavələrimiz haqqında Kremldə məsələ qaldırmağınızı xahiş edirəm...”

Məlumata və toplanmış çoxsaylı materiallara görə məhz bundan sonra Sovet İttifaqının əsilzadə ailələri, xüsusən Kremlin əsas siyasi qüvvəsi hesab olunan ayrı-ayrı qurumları və nəhayət Siyasi Büronun üzvləri... qeyri-adi sayılan Əbdülsəlimovlar nəslinin qan hüceyrələrinə üz tutdular... Şübhəsiz, bu faciələr bir yazıya sığmır.

Nə üçün bütün bunları (hələ demədiyimiz çox mətləblər qaldı) yada  salıb, xatırladıq. Bir anlığa mən də sizin kimi faciəni yaşadım. Ağrılı-acılı olsa da yaşadım...

Tariximiz bunları yazmadı. Tarixçilərimiz bunları aramadılar. Yazıb deyə bilmədik ki, Azərbaycan milləti qədər yer üzündə gözəl, güclü və ləyaqət sahibi olan millət az-az tapılar. Akademik İ.T.Rossinin Azərbaycan millətilə bağlı diqqəti cəlb Edən maraqlı nəticələrə gəlmişdi. O, 1952-ci ildə Moskvada nəşr olunan “Мысль” qəzetində yazırdı:

“...O millət, o xalq tarixdə əbədi qalır ki, öz gücünü qoruyub saxlamağı bacarır. Qafqaza səyahət edəndə həmişə Bakıya can atmışam. Çünki o millət güclü millətdi. Mən o millətin gücünü namusunda, əxlaqında, qeyrətində, saflığında hə şeydən əvvəl onun şərəfində görürəm. O millətin gücündən əvvəllər ingilislər, fransızlar bəhrələndilər. Sonra almanlar, insanlar, italyanlar, çinlilər o millətin gücünə tamah saldılar...

Bir az sonra o millətin gözəlliyinə vuruldular. Dünyanın neçə-neçə zəngin ailəsində (rus ailələri başda olmaqla) məhz o millətin hesabına gözəl simaları olan, doğulan gündən işıqlı və nurlu gözlərilə insanı valeh edən uşaqlar dünyaya gəlir... Bu oğurluqdur. Genetik oğurluq. Qan oğurluğu... (Mən təhlilləri yarımçıq verirəm – müəllif)... Mən neçə illər çalışdım ki, oğluma və qardaşıma o millətdən qız alım, evləndirim. Məni yaxın buraxmadılar. Heç kəs qızını vermədi. Sonra çalışdım ki, heç olmazsa, qızlarımdan biri o millətdən olan oğlana ərə getsin, ailə qursun. Bu da baş tutmadı... Nəslimi tarixdə əbədi yaşatmaq üçün bu addımı atmaq istəyim ürəyimdə qaldı. Amma gələcək nəslimə bütün bunları vəsiyyət etdim...

Araşdırma materiallarına görə professor Lətif Vəliyevin əlimizə keçən məktublarınıda da müxtəlif səbəblərə görə, əsasən qan hüceyrələrinə və genetik nəticələrinə görə öz vətənlərindən, isti ocaqlarından lazım olan ərazilərə sürgün olan nəsillər haqqında ilkin məlumatlar var. Adları qeyd olunan nəsillər haqqında professor Lətif Vəliyev hələ Azərbaycan Tibb İnstitutunda yazdığı bir elmi məqalədə danışırdı. Məsələn Hilalzadələr nəsli haqqında yazırdı ki, bu nəslin nümayəndələri 1910-cu ildə Astaranı bürüyən taun xəstəliyinə qarşı ən dözümlü nəsil olub. Ərazidə yeganə nəsil olub ki, taun xəstəliyi onlara yaxın düşə bilməyib. Bu nəslin nümayəndələri ən qatı tüstülərdən salamat çıxır, boğulmurlar. (?) Digər tərəfdən bu nəslə mənsub qan hüceyrələri insanın ağlını çaşdıran, onu haldan salan, gücünü əlindən alıb, onu dəlilik məqamına çatdıran... bütün zəhərli dava-dərmanı bədəndən qovub çıxarır. (Bugünkü təhlillərlə desək, orqanizmə düşən bütün narkotik və yaxud zəhərli, sonu ölümlə bitən uyuşdurucu maddələri).

Professor Lətif Vəliyev Azərbaycan rəhbərliyinə məsləhət görürdü ki, bütün bunların ölkənin və millərin ən ciddi strateji materialı kimi qorunub saxlanılmasını, təhlükəsizliyini təmin etsin. O, hər sətrində, düşüncələrində milləti üçün yanırdı. Elə zənn edirdi ki, hamı onun kimi düşünür... Bu isə professor Lətif Vəliyevin ən böyük səhvi idi. Şübhəsiz, dünya praktik, sadə həyat tərzi onlar üçün fəlakətlər törədib. Biz heç də çoxlarının düşündüyü kimi hiyləgər, qana susayan, acgöz və nəfsinə qul olan, nökərçilik edən millət olmamışıq. Ən azı bunu yadda saxlamaq gərəkdir. Professor Lətif Vəliyevin elmi-tədqiqatlarında genetik araşdırmalar ayrıca fəsildir. Onun fikrincə Azərbaycan ərazisində bitən meyvə ağacları, gül kolları, eləcə də meşələrimizdəki quş və heyvanlar, dənizin təbii sərvətləri... (istər balıq olsun, istər kürü, istərsə də neft, qaz fərq eləmir) millətin genetikasının inkişafında, gen dəyişmələrində əvəzsiz rola malikdir. Məsələn bağlarımızda və meşələrimizdə bitən ərik, şaftalı, alça, albalı, armud, gilas, itburnu, alma... çiçəklərinin hər biri genetik inkişafda, millətin geninin formalaşmasında iştirak edir. (Biz bütün bunlarla bağlı geniş maraq doğuran faktları kitabda verəcəyik). Hər bir çiçəyin, gülün ətri və onun rəng çaları genetik kodlarımızın immunitet gücünə təsir edir.

Mikrobioloq, kəşfiyyat polkovniki E.N.Astax 1948-ci ildə aparılan genetik (əsl soyadı Nikolay İvanoviç Xlebnikov) tədqiqatında göstərir ki, təbiətin bu nadir gül-çiçəyin rəngləri həm də dünyanı simmetriyada saxlayır. Yəni ailələrdə doğulan oğlan və qız uşaqları məhz, həmin gül-çiçəyin rəngindən asılıdır. Eləcə də insan ömrünün tənzimlənməsində təbiətin bu rəngləri aktiv rol oynayır. Elə gül-çiçək var ki, onun rəngi ev və yaxud bağ sahibinin, nəslinin genetik hüceyrələrinə pis təsir edir, onu zədələyir...

Polkovnik E.Astax o, həm də professor Lətif Vəliyevin üzünü görməsə də özünü onun tələbəsi və Azərbaycan millətinin dostu hesab edir. Azərbaycanın yaşayış məntəqələrilə bağlı çox ciddi araşdırmalar aparıb.

   “Azərbaycanda aparılan genetik tədqiqatlar, mutasiya layihələri ancaq millətin genetik bazasına (fonduna-R.N ağır və güclü zərbələr endirdi. Məni bu işlərdən hansı səbəbə görəsə kənar qoydular. Azərbaycanda indiyədək (ötən əsrin 40-50-ciillərini nəzərdə tutur) 145 tayfanın genetikası məhv edilib).

Başqa bir araşdırma materialında isə qeyd olunur ki, İ.Stalinin imzası ilə Siyasi Büroda 1950-ci ilin 5 martda müzakirəyə çıxarılası məsələlərin ikincisi

Professor Lətif Vəliyevin yarımçıq qalan elmi-tədqiqat işinin davam etdirilməsi və yaxud bu mühüm elmi işin nəticələrinə yenidən  baxılması tövsiyyə edilir. Maraqlıdır ki, professor Lətif Vəliyev Saratovda hərbi Sənaye Kompleksində elmi-tədqiqat işlərini apararkən 1934-cü ildə Azərbaycan KP MK-nə ünvanladığı məktubda (məktub M.C.Bağırovun adına yazılmışdı) Azərbaycanın nadir, möcüzələr yarada biləcək qan hüceyrələrindən, nəsillərindən, soy-köklərindən xəbər verirdi. Onu da yazırdı ki, bu nəsillərin, genetik fondların qorunub saxlanılması və onların təhlükəsizliyi millət üçün, onun yaşaması, tarixdə qalması üçün vacib şərtlərdən hesab olunur.

Amma bizlər qan hüceyrələrimizin “şəffaflığını”, onun yad baxışlar altında əzilib, məhv olmasına, nəhayət, zədələnməsinə, şikəst hala salınmasına mane ola bilmədik.   

Professor Lətif Vəliyev göndərdiyi məktub Azərbaycan KP MK-nin Birinci katibi M.C.Bağırova çatmadı. “Həbs olunmuş” məktub Saratovdan Moskvaya göndərildi. Onun ölümqabağı yazdığı iki məktub isə mənim üçün daha maraqlı idi və məni çox düşündürürdü. Məktublardan biri Azərbaycan Tibb İnstitutunun müəllimlərinə, digəri isə həmin institutun tələbələrinə ünvanlanmışdı... Bu məktubların hər biri tibb tariximiz üçün, ümumən tibb institutunda (universitetində) çalışan hər kəs üçün manifest kimi qəbul edilə bilər. Və yaxud tələbələrə ünvanlanmış məktub onların həyat fəlsəfəsinə çevrilə bilər...

Professor Lətif Vəliyevin tibb elmində açdığı həmişə düşündürən intihar problemi idi. O, çox ciddi bir sual qoymuşdu: Biz nə üçün intihar edirik? İntihar xəstəlikdir, yoxsa yox? “İntihar” ərəblərdən gəlmə sözdür. Bu söz elmi-araşdırmalarda VII əsrdə işlədilib. O sözün elmi mənasını verən “Evtanaziya” termini isə birinci olaraq ingilis filosofu Frensis Bekonun (1561-1626) əsərlərində işlədilib. Maraqlıdır, alimlər qeyd edirlər ki, (məsələn amerikalı tədqiqatçı M.Farber) intihar-adamın və yaxud hər hansı bir canlının (bütün canlılar intihar edir) öz həyatını bilərəkdən və dərhal məhv etməkdən, həyata son qoymaqdan ibarətdir. Bəs nə üçün, nədən? İntiharın başlanğıc nöqtəsi hardadır? Məsələn filosof Sokrat göstərirdi ki, (b.e.ə. 469-399) fəlsəfənin başlıca məqsədi insanın mahiyyətini dərk etməkdən, öyrənməkdən ibarətdir.

Professor Lətif Vəliyev öz tədqiqatının qarşısında belə bir sual qoyurdu: İntihar hardan başlayır? Ürəkdən, yoxsa beyindən? İnsana onun hansı orqanizmi deyir: - məni öldür? Ürəyi, yoxsa beyni? Və yaxud intihar nəyəsə etirazdır, yoxsa xəstəlikdir? Genetikada bu məsələ necə qoyulur? Qan hüceyrələri üçün intihar nədir? Azərbaycanda ilk intiharın məkanı hara, hansı yaşayış məntəqəsi olub...

Bəzilərinin fikrincə intihar ağır yaşayışın, üzücü ağrıların, daşa dəyən arzuların nəticəsidir. İnsan bütün bunlara etiraz olsun deyə, özünə qəsd edir. Maraqlıdır ki, bəzi tədqiqatçılar intiharı psixi pozğunluq və yaxud patoloji cəhətdən şikəstlik kimi qəbul edir. “Bütün bunlar fikrimcə səhv yanaşmadır...” – deyən professor Lətif Hüseynov bunun bəlasını genetik naqisliydə axtarır. Biz də professorun fikrilə razılaşırıq. Tədqiqata görə 2000-2014-cü illər arasında dünyada 753 min şəxs intihar edib. Bunun da 93 faizi imkanlı və yaxud varlı adamların payına düşüb. Demək, intihar üçün ağır həyat şəraiti bəladır. Sadəcə “ölüm hüceyrələrinin və yaxud insanı ölümə səsləyən hüceyrələrin” (L.Vəliyev) dirilməsinə imkan verməmək, o hüceyrələrin dirilməsi üçün lazım olan iqlimi və yaxud şəraiti yaratmamaq lazımdır. Orqanizmdə “ölüm hüceyrələri” dirilərkən, birinci zərbəni ürəyə vurur: Öldür məni... öldür-deyir. Sonra beyin gücdən düşür, aktivliyini itirir. İntiharı dəf etmək üçün 1949-cu ilin mayın 12-də Londonda bir araya gələn dünyanın 24 ölkəsinin alimləri vaksin axtarışına çıxırlar. Çünki məlumata görə 1946-1948-ci illər arasında dünyanın ən məşhur 121 elm xadimi intihar etmişdi. Hər şeylə təmin olunmuş elm xadimlərinin intihar səbəbləri hələ də açılmamış qalır.

Professor Lətif Vəliyev iddia edirdi ki, intihar epidemiyadır. O, bu istiqamətdə də tədqiqatlar aparırdı.

Araşdırma materiallarına görə bir sıra xarici xüsusi xidmət orqanlarının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat labaratoriyalarında inkubasiya yolu ilə “İntihar epidemiyası”nın – “ölümə çağıran hüceyrə”lərin viruslarının alınması planı yeni məsələ deyil. Məsələn ötən əsrin gedən və yeni yüz illiyin gələn axşamı təkcə Moskva şəhərində 8 min adam intihar edib. Bu rəqəm  Orta Asiya regionlarında üst-üstə 32 min 431 nəfər təşkil edib. Böyük Britaniyanın “Mİ-6”, Almaniyanın “Bend”, ABŞ-ın MKİ-si və Fransanın kəşfiyyat xidmətləri “İntihar epidemiyası”nın yayılmasında aktiv olublar.

Azərbaycana gəlincə respublikada sağlam uşaqların dünyaya gəlməsi, ailələrdəki kütləvi artım, millətə məxsus gözəl simalar, boylu-buxunlu görünmələr,qüsursuz bədən quruluşları bütün bunlar nə Moskvanı, nə Londonu, nə Vaşinqtonu, nə Pekini, nə də Parisi qane edirdi. Məsələn Çin hökuməti öz ərazisindən 2020-ci ilədək təqribən 150 min nəfər vətəndaşını Azərbaycandakı genetik dəyişmələrdə iştirak etmək üçün hazırlayır.

Mən burda fikirlərimi saxlayıram. Çünki professor Lətif Vəliyevin bağlı deyilməmiş sözüm qalıb. Araşdırmalarında Moskvadan Saratova-professor Lətif Vəliyevin ünvanına akademik M.Ş.Tarasovun adı ilə məktub gəlir. (Biz axtardıq. Akademik M.Ş.Tarasovu çox axtardıq. Amma belə bir akademiki tapa bilmədik). Akademik M.Tarasovu professor L.Vəliyevə göndərdiyi məktub zamanı üçün əhəmiyyət kəsb edirdi. Akademik M.Tarasov yazırdı: “...Mən Sizi çox yaxşı tanıyıram. Kəşf etdiyiniz “Taun” və “Qata yara” əleyhinə vaksinlərinizin qəbul olunmasına imza atan şəxslərdən biriyəm. Sizi salamlayıram. Amma istərdim ki, işinizi Saratovda bitirib vətənə qayıdasınız Siz artıq yeni bir vaksini də kəşf etdiniz. Bu dünyanı başına götürən ”Evtanaziya” əleyhinə (bu intihar deməkdir – R.H.) vaksindir. Moskvada buna yüksək qiymət verdilər. Qayıt vətənə. Əzizlərinin, istəklərinin yanına qayıt. Yaxın gələcəkdə Azərbaycanı bürüyəcək, onun yaşaşyış məntəqələrində geniş yayılması nəzərdə tutulan (bu artıq həll olunub) intihar epidemiyasının qarşısını almaq üçün, qayıt..” Amma professor Lətif Vəliyevin Azərbaycana qayıtması baş tutmadı. Ölümqabağı onun iki məktubu qaldı. Biz bununla bağlı məlumat verdik. Amma o məktubları şərh etmədik. Məktublarda professor intihar epidemiyasının (şübhəsiz, bəziləri intiharı epidemiya və yaxud xəstəlik kimi qəbul etməyəcək. Bunu təbii qarşılayıram. Çünki nə qədər ki, məxfi arayşlara baxmamışdım, mən də sizin kimi düşünürdüm). Yaranma səbəblərini izah edir, onun genetik bir bəla olduğunu vurğulayırdı. (Dünyada on bir millət intihar nə olduğunu bilmir).

Professor Lətif Vəliyev ölümündən bir gün öncə intihar epidemiyasına qarşı özünün vaksinini kəşf edir .

Bu zamanın, dövrün və bizim məhv etdiyimiz, qoruyub, saxlaya bilmədiyimiz professor Lətiof Vəliyevin dünyanın tibb elminin heyrət içində buraxan ikinci kəşfi idi.

 

   (Ardı var)

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam