Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

”ZƏNGULƏ“NİN HARAYINDA 8 MART GÜNÜ

 

 

TÖVLƏDƏKİ XOŞBƏXTLİK HÜCRƏSİ  VƏ KLARANIN RUHU

 

Xeberinfo.com:  Orada xoşbəxtlik tövlənin sonunda yerləşməklə ölçülürdü”.  Sitat yazıçı NÜŞABƏ MƏMMƏDLİnin “ZƏNGULƏ” povestindəndir. “8 mart bayramı”  şərəfinə düzənlənən şouda ermənilər  tövləyə doldurulmuş türk qadınlarından gözəgəlimlisini seçib bütün gün ərzində...Hamının gözünün qarşısındaca  törədilən bu biabırçılığa tuş gəlməmək və bu biabırçılığı görməmək üçün hər kəs iyindən burun tutulan tövlənin sonuna can atırdı – 8 mart günü ora Azərbaycan Qadını üçün xoşbəxtlik hücrəsinə çevrilmişdi...

Bəzən uzun sürən amansız düşmənçilik adamları bir-birinə ən yaxın dostluqdan da çox yaxınlaşdırır. Axı deyəsən biz də yavaş-yavaş düşmənlərimizə yaxınlaşmaqdayıq. Milli-mənəvi dəyərlərimizi unuda-unuda, onları topa tuta-tuta ÖZÜMÜZÜ itirməkdəyik. Ən uca Zirvədə qərar tutan QADINLIQ anlayışı ÖZ UCALIĞIndan endirilməkdədir. Küt letargiya dalğınlığına qapılanlarımız hələ də inadla nəyisə gözləmədədilər. Günümüzün Xudayar bəylərinin zoğal ağacları QADINLIĞI, ANALIĞI özünün əsirinə çevirib. İnsan kimi doğulsalar da, insan kimi Onlara yaşamağı haram edən insan olmayanlar insanı insan olmağına peşman ediblər. İnsan olmayanlar insanı ANA OLMAQLARINA GÖRƏ peşman ediblər. İnsan olmayanlar “mən anayam” deyənləri DOĞULDUQLARINA, DOĞDUQLARINA GÖRƏ PEŞMAN EDİBLƏR. Insan olmayanların ucbatından anaların, qadınların ah-zarları da, nalələri də, qarğışları da yetim qalıb. İnsan olmayanlar  elə bilirlər ki, bu dünya onlarındır. Unudurlar ki, qarğışları yetim qalan millətin də Allahı var, az qala Onun da işinə barmaq etmək istəyində bulunduqları Allah!

Hələ ki, itirdiyimiz Vətən torpaqlarından hər gün bir addım uzaqlaşırıq. Səsimiz çatmaz, ünümüz yetməz olur o yurdlara! Şah İsmayıl dönəmindən ta bu günədək otuz dəfədən artıq kiçilməyimizin fərqinə varan yox! Üstəlik özü-özümüzə qənim kəsilməyimiz də Bizi böyüməyə qoymur. Analara doqquz ay yük olmağımızı tez bir zamanda unudub qara durnalar tək elə beşikdəcə bir-birimizə qənim kəsilirik. Azad İnsan Anlamını qadınlar canlarından can ayrılarkən bu dünyaya gətiriblər. Kişilərsə  bunun bədəlini Tanrı dərgahında qabırğalarıyla ödəsələr də, o ağrını, o acını duymayıblar. Qadın daşıdığı Yükdən azad olanda kişilərsə gözləri yumulu halda bu dünyanın azadlığını qazanmaq şansı əldə ediblər. Əldə edilən şanslar  maraqlar çərçivəsində qiymətləndirildi ..Kim bilir, bəlkə də elə buna görədir ki, Azadlığın qədrini bilməyənlər sonradan vətənin anasını ağlar qoyublar...Siz heç TORPAQ SATAN QADIN gördünüzmü, yaxud haqqında eşitdinizmi? Yoxdur beləsi, satqınçılıq kişilərdən qalma mirasdır. Zamanın qəribləşdirdiyi, tənhalaşdırdığı füsunkarlıqda zərif xeyirxahlıq və yurdsevərlik pərdəsinə bürünmüş QADINLARsa incə qəlblərinin ÇİLİKLƏNMİŞ GÜZGÜLƏRində yenə də Bizi Bizə göstərməklə müqəddəs yük daşıyıcısı kimi öz YOLlarındadılar!!!

Mən Ulu Tanrıdan Azərbaycan Qadınına ağlamaqdan birdəfəlik hifz olunmasını arzulayıram! Çünki günümüz belə davam edərsə sıxıb suyunu çıxardığımız müqəddəs sandığımız Göz Yaşlarımızdan da uzaq düşəcəyik.

DEMƏLİ, kamanın, qaboyun sədaları altında ağlaya-ağlaya o MÜQƏDDƏSLİYƏ də qənim kəsilirik!

DEMƏLİ, yaralarımıza məlhəm qoymaq əvəzinə ona duz basanlar da öz içimizdədir!

DEMƏLİ, “ana” dediyimiz vətənin ürəyini elə özümüz sındırmışıq ki, həsrət qaldığımız o dağların, çəmənlərin gülü-çiçəyi də farsların, rusların, ermənilərin, gürcülərin, ərəblərin ayaqları altında qalıb!....

Heç kim məndən inciməsin, deyilənlər gəlib başa...Bu gün Dərdlərimizə məlhəm üçün qılınc qurşanıb at səyirdəsi oğlanlara çalıb oxumaq yarışları düzənləyənlər bundan bir həzz alırlar. Milləti öz KÖHNƏ DƏRDLƏRinə çarə bulmaq üçün səsləməli olan rəhmətlik SEÇİLMİŞLƏRimizdən olanlar  görün nə deyirdilər. Rəhmətlik VAQİF SƏMƏDOĞLU deyirdi ki, “bizə Qarabağ mövzusunda şer yazmaq lazım deyil”. O zaman da demişdim, indi də deyirəm. Niyə atam, qardaşım? Lap torpaqları vuruşub alaq,  axı bu qanlı tarix, erməni vəhşilikləri də ədəbiyyatımızda gələcək nəsil üçün öz həllini tapmalıdır. Başqa bir rəhmətlik NÜSRƏT KƏSƏMƏNLİ “nəslimizdə zənən xeylağı yoxdur”(???)  deyə para xatirinə lüt-üryanlaşdırılmış Azərbaycan qadınlarının gözəllik müsabiqələrində “dünya bazarı”na çıxarılmasının əsas tərəfdarlarından biri idi. Bunun nəticəsidir ki, bugünkü gənclik az qala “Azad Qadın” heykəlinin özünü belə ehtiraslı baxışlarla süzürlər, “kişi döürüg” deyə qürrələnirlər,  kamranhəsənlilərin təbirincə desək, “kayf eləməkçün” ətrafında ikiayaqlı itlərin hürüşdüyü və növbə çəkdiyi gecə barlarını axtarırlar. Mən bu yazıda heç də Azərbaycan Kişisini aşağılamaq fikrində deyiləm. Əsla. Ancaq belə olan halda istər-istəməz, adama  deyərlər, ölün də, ölün də, “kişi” olanın da yurdu, yuvası, torpağı, anası, bacısı yağı əlində olarmı?! Eşit, Azərbaycan Kişisi!...

Eşit Azərbaycan Kişisi, eşit! Bu, Azərbaycan Qadınının ürəyində olan, ancaq bir Qurd sevgisiylə dillərinə gətirə bilmədikləri sözlərdir. Azərbaycan Kişisini aşağılamamaq, Azərbaycan Kişisini zəif durumda görməmək üçün Azərbaycan Qadını bu sözləri dilinə gətirmir. Ancaq nə yazıq ki, bütün bunların qarşılığında Azərbaycan Kişisi Yurd Sevgisini arxa plana keçirməklə QADINLIĞIN BÖYÜKLÜYÜnü də göydən yerə vurdu!

Eheeeyyy, ay bu yurdun “kişilər”i, siz Bakımızın nöyüt iyi verən göbəyinə pərçimlənmiş gecə barlarında, dəbdəbəli saraylarda “kayf eləməkçün” yığışanda “Böyük Ermənistan” iddialı Livan, Suriya erməniləri də elə sizin tək “kayfovat xaçu” deyib onların bir addımlığındaca olan qara bəxtli Qarabağımızda “azərbaycanlı RƏHİMƏLƏR”dən yazılası belə mümkün olmayan həzz tələb edirlər. Son 28 ildə torpaq harayına ilk olaraq müraciət edən səhv etmirəmsə yenə də Azərbaycan Qadını oldu – çoxdan da çox sevdiyim NÜŞABƏ MƏMMƏDLİ. Oxuyun Onun “ZƏNGULƏ” povestini və görüm bundan sonra nə danışacaqsınız?

Sizlərsə buxara papaqlarınızı bir az da tik tutun zəmanəmizin siyasətində və ədəbiyyatında olan Xudayar bəyləri! Yetmədimi!? Yetmədimi Selincerlərin ehtiraslı dalğalar qoynunda ölən banan balıqlarının əhvalından bəhs edən yazılarını oxumağınız!? İndi erməni tapdağı altında qalan yurd yerlərimizin ahından doğan “ZƏNGULƏ”nin zamanıdır – dağları, daşları titrədən “ZƏNGULƏ”nin....

RƏHİMƏLƏRİN, ZEYNƏBLƏRİN FACİƏSİni unudaraq “erməni xalqı bizim düşmənimiz deyil; biz sülh tərəfdarıyıq” deyənlər görən fərqindədirmi ki, “atadan övlada düşmən miras qalmamalıdır”. Nüşabə xanım Məmmədli belə deyir – Azərbaycan Qadını. Buyur Azərbaycan Kişisi, yağı tapdağı altında inləyən meydan bizi gözləyir!

Bu günün reallığında dəhşət saçan səhnələrin şahidi oluruq. Poeziyamızın “Baba Dərviş”i  MƏMMƏD İSMAYIL elə redaktoru Nüşabə xanım olan “Karvan” qəzetində mənə olan müsahibəsində söyləmişdi ki, “millətimizin varlığını, mənəviyyatını, mənliyini, kimliyini para hesabına zorlayırlar”. O proses bu gün də davam edir – teleekranlar snayper timsalında gülləni düz millətin qəlbinə yağdırır. Bəs o yanda nə baş verir?

O yandasa bir “ZƏNGULƏ” harayında erməni Samvelin davamlı şəkildə kişlədiyi xoruzu tutmaq üçün əsir qız-gəlinlərimizin tövşüyə-tövşüyə qaçaraq büdrəməsi, büdrəyərək üzünü qara etdiyimiz torpağa yıxılması bir zamanlar “katibə” kimi məclisin başına keçirdiyimiz erməni axçilərin .....gülüşləriylə müşayiət olunur...

Allah Sənə də insaf versin, ay Nüşabə xanım!...Görən sonu olacaqmı bu müdhiş oyunların !?...

Bu oyunlar Keçmişimizlə İndimiz arasında dərin bir uçurum yaradıb. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Azərbaycan Kişisi bir o qədər də həmin uçurumun dibindən boylanacaq. Azərbaycan Qadınısa o qorxunc uçurumun lap qırağında ürəkləri də əllərinin içi kimi qabar-qabar vəziyyətdə boynu buruq halda dərdləriylə baş-başadır.Bir zamanlar Nüşabə xanımın haqlarında yazdığı “YIĞMA ARVADLAR”ı da mən qınamıram. Çünki  onların “zapçastlarının dəyişdirilməsi”ni etibarlı əllərə tapşıran kişiciyəzlərdə olmayan qürur bu hala rəvac verir...

Belə baxanda istər düşmən tərəfdən olsun,istərsə də içərimizdən QADIN UCALIĞIna qarşı bir hücum var. Elə 1910-cu ildə də belə olub ki, KLARA SETKİN də durub özündən bir bayram uydurub. Bunun üstündən də düz 7 il keçəndən sonra bizimkilər də bir firqənin istəyi olan 8 MART gününü BEYNƏLXALQ QADINLAR GÜNÜ kimi qeyd etməyə başlayıblar. Və indi də edirlər. Xub, qoy olsun, ancaq bizim dünyamız təkcə Bakıdan və ətrafımızdakılardanmı ibarətdir?

 

Sizi bilmirəm, mən belə düşünmürəm. İnsanlığa sevgim də ölməyib. Aparacağım paralellər kobudluq olsa belə demək məcburiyyətindəyəm. Bu günün acı gerçəkliyi  onu göstərir ki, bir İtin İtə, bir İtin Yurda olan sevgisi  vaxtilə Ona yiyə olmuş İnsan sevgisindən də çox imiş. Mən bunu Yurd uğrunda döyüşə atıldığım zaman LAÇIN rayonunun QORÇU kəndində gördüm. O gördüyüm səhnəni indinin özündə belə qələmə alanda gözümün yaşı sel olub gedir...

İtin biri elə açılıb buraxılmadığı zəncirdəcə acından ölmüşdü. O biri İtsə sağ idi. Allah, Allah İt bizim hənirtimizi duyar, duymaz  əməlli-başlı gözlərilə dil açmışdı. Əlimizi, ayağımızı duz kimi yalayır, hürə-hürə bütün kəndi ayağa qaldırır, qonşu kənddəki ermənilərə göz dağı verirdi ki, sahibim heç nəyə uymayıb, qayıdıbdır – bu gün qisas günüdür.  O İtdə nə monopolist, nə də inhisarçı düşüncə yox idi. Acından bir dəri, bir sümük qalsa da, həmcinsini bir qarın yemək üçün cırıb dağıtmamışdı, yurd yerini buraxıb Allahın Kəlbəcərinə belə sığınmamışdı. Tək canıyla ermənilərin baş-beynini aparmışdı...O İtin baxışlarında nələr yox idi, İlahi! Adam həm də o İtin gözlərinə baxmaqdan qorxurdu – çünki o Gözlərdə Sevgi ilə Nifrətdən formalaşan bir Vəhşi Qəzəb var idi. O Gözlərdə mərhəmətlə yalvarış eyni anda adama ünvanlanırdı. Bizim qarşımızda o İt necə də sevinirdi, min cür hoqqa çıxarırdı, deyəsən həm də bizi əyləndirirdi. Yurd uğrunda gedən savaşlarda başqa itlərə arxalanmayın, başqa itlərdən qorxmayın deyirdi.... O İtin Baxışları əbədi olaraq mənim yaddaşıma həkk olunub. O İt Azərbaycan döyüşçüləri qarşısında öz İt həyatından zövq alırdı, kimliyini unutmamışdı...

Di gəl ki, böyür-başımızda hürüşən küçə itlərinin zingiltiləri bizə öz kimliyimizi unutdurmaqdadır. Özümüzü unuduruq. Adam olub adam kimi adamlarımıza yanaşa bilmirik. Bir addım öndə olmaq üçün başqasını parçalamaq, onu bir loxma çörəyə möhtac eləmək, ancaq özümüzü düşünmək bizim yaşam tərzimizə çevrilib. 8 mart günü də elə bu əhval-ruhiyyə ilə keçirilir. Olsun, ancaq bu “olsun” olmamış olmuşlarımızı, əsirlikdə qalmışlarımızı da bir yada salalımmı? Özü də Nüşabə xanımın “Zəngulə”sinin harayında...Zəhmət  olsa da, olmasa da, mənə deyin görüm:

Görən bu 8 MART QİYAMƏT XALAnın da bayramıdır!?

Görən bu 8 Mart ZƏHRA XALA, TƏKDÖŞ XURŞUD MÜƏLLİMƏnin də bayramıdır!?

Görən yenə də adı çəkilən əsir qadınlarımız üçün tövlə qarşısında qazanlar asılacaq?

Görən yenə də ermənilər əsir qadınlarımızı Azərbaycan əsgərlərinin müxtəlif bədən əzalarını doğramaqla qazana atıb, ortasına da 2-3 dişi ağara qalmış saqqallı başdan ibarət dəhşətlər yığnağına “dəvət” edəcəklər?

Görən yenə yemək çəkməyə vadar edilən Qiyamət xala Zəhra xalaya xitabən “qabları yığ gətir mənə” deyib bir əlində qazan qapağı, bir əlində də çömçəsi dəlicəsinə şıdırğı rəqs edəcəkmi?.....

Bu suallara ayrıca olaraq kimsə yox, bütöv azərbaycan cavab verməlidir? Məni qınayanlar, 8 MART BİLİRSİNİZ NƏ GÜNÜDÜR!? KLARA SETKİN ƏNKƏ BÖYÜYÜNÜN AĞZIYLA QƏLƏT ELƏYİR...

Bu gün TƏKDÖŞ XURŞUD MÜƏLLİMƏNİN ERMƏNİNİN MƏNİMSƏYƏRƏK OYNADIĞI “ÇİLƏMƏ” OYUNUMUZA TUŞ GƏLƏRƏK “İNQƏ, İNQƏ” QIŞQIRAN BALASINI CIRIQ QARNINDA GİZLƏTMƏYƏ ÇALIŞAN CEYRAN BACININ HARAYINA YETİŞDİYİ GÜNDÜR....Papağınızı bir az da dik tutun, günümüzün Xudayar bəyləri!

Bütün bunların fonunda erməni-türk düşmənçiliyini hansısa dostluq telləri üzərində kökləməyə çalışanların genlərindəki embrionların analizinə ehtiyac duyulur. Deyirsiniz 8 mart Beynəlxalq Qadınlar Günüdür də?! Pək əla, siz dediniz, mən də qəbul edirəm. Aha, deməli, bu bayram həm də Qiyamət nənənin, Ceyranın, Xurşudun, Rəhimənin bayramıdır!? Öyləmi!?

Amma yoooox, bu bayram “ABEDİNƏ  BALA ƏTİ VERİLƏN” həmin xanımların bayramı deyil. Bu, bizim varlığımıza tüpürən və bizim dərdlərimizi gülüş obyektinə çevirən qudurmuş Avropa Klaralarının bayramıdır, Rəhimələrin bayramı deyil!

Min dənə Klaranın ruhu qurban olsun Laçında qarşılaşdığım o İtin bircə baxışına. Mən “ZƏNGULƏ”nin harayını eşidəndən sonra əməlli-başlı sarsıldım, elə o gündən də HƏDİYYƏ axtarışındayam. Nə qədər ki, RƏHİMƏLƏRİN FACİƏSİnin qisası alınmayıb bircə günün xoşbəxtliyini qadınlarımıza vermək KİŞİLİYİMİZə yaraşmaz. Biz ana-bacılarımızı, xanım-xatunlarımızı Allahın iznilə əbədi olaraq xoşbəxt etməliyik. BƏYLƏR VƏ XANIMLAR, LÜTFƏN DÜŞÜNDÜNÜZMÜ BUNLARI?

GÖRƏN bu 8 martda da əsirlikdə olan qız-gəlinlərimizi kim və necə təbrik edəcək?

GÖRƏN Samvellər indi nə ilə sevindirəcəklər onları?

GÖRƏN bu dəfə onların bayram qazanlarında ə qaynayacaq?

GÖRƏN bu dəfə “bayram münasibətilə” Rəhimələrin o vaxtkı ağappaq, mərmər sinələrində neçə xaçşəkilli dağlar çəkiləcək?

GÖRƏN.....görən....görən.....

Böylə düşünməkdəykən iki gündən sonra solacaq gül dəstəsilə hansı təbriklər şousundan danışmaq olar və necə?

Nüşabə Məmmədlinin(Quzanlı) “Zəngulə”sinin harayını eşidirsinizmi?! Görün nə deyir: ay bu günümüzün Xudayar bəyləri, gedin zoğal ağaclarınızın zərbini erməniyə, farsa, rusa göstərin, Məmləkət Əhlinə, sizə Azadlığı bəxş edən qadınlara yox! Çilikləməyin Onların Güzgü timsallı Qəlblərini. Onsuz da Onların Qəlblərini Samvellər çilikləyiblər, siz də bu Sınıq, Çiliklənmiş Güzgülərdə gördüyünüz öz nankorluğunuzdan, unutqanlığınızdan utanmayacaq qədər böyük olun.

DUYUN RƏHİMƏLƏRİN FACİƏSİNİ, EŞİDİN QİYAMƏT NƏNƏNİN HARAY SƏSİNİ Bir yanda Klaranın Ruhu, bir yanda da “inqə,inqə” səslərindən “göz yaşları”nı saxlaya bilməyən Ceyranların cırılmış qarınları.....Verin hədiyyələrinizi, edin məlhəminizi. Kimin istəyin, kimin diləyin özünüzə yaxın sanırsınızsa, ona yaxınlaşın....

Ancaq məni Klaranın ruhu qətiyyən ilgiləndirmir. Məni ilgiləndirən xoşbəxtliyi əsir tövlələrimizin qaranlıq hücrəsində tapanlar ilgiləndirir. O İTin baxışları məni daha çox ilgiləndirir. Axı o Baxışlarda hər şey var idi....Gülü, Çiçəyi güllə sevindirməyə hacət yox. Mən Azərbaycan Qadınına Azərbaycan Kişisinin Qürurunun Özünə Qayıdacağı Günü görməyi arzulayıram!!!          

  

İGİD TEYMURLU

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam