Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YARDIMLININ EMİQRANT EŞŞƏKLƏRİ

 

 

 

STATİSTİKA KOMİTƏSİ BAŞQA BÖLGƏ EŞŞƏKLƏRİNİN EŞŞƏK HAQLARINI TAPDALAYIR

 

Dünyada fərqli ölçülərin, fərqli meyarların, fərqli yanaşmaların yengəliyilə faktiki ərazilərin yenidən bölüşdürülməsi prosesi gedir. Bizimkilər də ayran içib taxıl biçirlər. Hər bir dövlətin Statistika Komitəsi gerçək potensialları düzgün qiymətləndirməklə qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün bir növ zamanında “sos” siqnalını verirlər. Elə bizim Dövlət Statistika Komitəmiz də verməklə məşğuldur “sos” siqnalını. MİLLİ  DİRÇƏLİŞ  GÜNÜ öncəsi  Dövlət Statistika Komitəsinin geostrateyi əhəmiyyət kəsb edən bir açıqlama ilə çıxış etməsi də bunu sübut etdi. Sən demə Komitənin nəzərincə  bu “mağamda”  əsas olan ölkədəki eşşəklərin sayını müəyyənləşdirmək imiş. Və bu əsası da Statistika Komitəmiz eşşəklərin sayıyla yaxından ilgilənəndən sonra əsil peşəkarlıq və operativlik nümayiş etdirməklə ortaya qoya biliblər....

Uzun uzadı tər tökəndən sonra Statistika Komitəsinə bəlli olub ki, bəs Azərbaycanda eşşəklərin say çoxluğuna görə YARDIMLI RAYONU liderdir. Nə gözəl day-dayılıq! Nəhayət ki, Yardımlı rayonu da öz eşşəkləriylə fəxr edə bilər. Fərqi yoxdur, istər aborigen olsun, istərsə də emiqrant eşşək – onsuz ikisi də DOSTLUQ ADLANAN seyrəngahda dərəni xəlvət görüb kef edirlər. Və elə ikisi də, nə qədər qiymətli olsa belə,  Qoruqçu görən kimi Dostluğu unudub Palanlarının qiymətinə belə baxmadan canlarını qurtarmaq üçün onu tullayıb qaçırlar. Nə veclərinə, axı o palanın pulu onlara saman verənin cibindən gedib, eşşəklərin axurundan yox...

Ancaq burada bir məqam var. Statistika Komitəsinin açıqlamasında bir az qərəz və bir az da unutqanlıq, laqeyd münasibət və qorxulu tendensiya var. Statistika Komitəsi kimlərləsə adaxlıbazlıq edirmişcəsinə məsələyə münasibətdə özünə çöp düşənlər tək davranıb. Və bu qərəz başqa bölgələrin eşşəklərinə olan münasibətdə apaydın sezilməkdədir. Həmin bölgə eşşəklərini eşşək yerinə qoymayan Statistika Komitəsi dolayısı yolla özlərinə qarşı ictimai nifrətin formalaşmasına və ölkəmizin avropalı qoduqların yanında diligödək ola biləcəyini nədənsə nəzərə almayıb.  Bu gün dünyanı qan çanağında boğan Qərbi və Mərkəzi Avropa ölkələri, həmçinin Amerikadan ayıbdır. İnsanlığın qanına yerikləyən iyrənc  siyasətlərinin oturuşması üçün hətta öz insanlarını qurban verməkdən belə çəkinməyən həmin ölkələr itə, pişiyə sayğı nümayiş etdirməklə özlərini mələk donunda təqdim etmək istəyirlər. Ancaq unudurlar ki, demokratların özlərinə simvol seçdikləri eşşəyə qızıl yükləsən də, onun qiyməti artmayacaq.  Elə bizim Statistika Komitəmiz də deyəsən onların səsinə səs verib ki, ilin, günün bu vaxtında durub eşşəkləri sayır.  

O zaman rəhmətlik BABA PÜNHAN yaxşı demişdi: “İtim, dur gəl, yanımda: Dur başına dönüm də: Sən də Pünhan günündə: Pünhan da it günündə ”.  Milləti kreditor qismində intihar körpülərinə sürükləyən bankların çarvadarlıqları qalıb bir yanda,  bunlar da palan axtarışına çıxıblar. Qardaş, bizim 25 faiz ərazimiz ermənilər tərəfindən işğal olunub. Eşşəkdən özlərinə büt yaradanlar da nəinki bizim tapdalanan haqlarımızı tanıyır, əksinə problemin daha da dərinləşməsi üçün qonşudan bir eşşək də borc alırlar. Bizim Komitə də özünü eşşək üstündə qəmə taxanlar tək aparır.  Zaman-zaman o ərazilərimizdə at oynadan eşşəklərimizə münasibətdə adı çəkilən Komitə nədənsə ikili münasibət sərgiləyir. İkili münasibət olmasa da, bu, bir unutqanlıqdır.  Milli hədəflərimizin müəyyənləşməsində nəinki eşşəklərimiz, biqərar nəğmələr qoşan cırcıramalarımız da yaddan çıxmamalıdır. Bu işdə bütün canlılar səfərbər olmalıdır. Əks halda  Ermənistan tərəfindən haqqı tapdalanan və unutmaqda olduğumuz milli eşşəklərimizin anqırtısı Avropa Şurasından gələcək. Səbəbkar da Statistika Komitəsidir. Axı onların da eşşək haqları var...

Amma öz aramızdır, mən indi-indi anlayıram ki, nədən hər zaman Yardımlıya eşşək axını güclü olub..İndi məlum olub ki, 40 min əhalisi olan bir rayonda adambaşına götürəndə hər on nəfərdən birinə bir eşşək düşür. Yardımlıda eşşəyə olan tələbat baxımından da bu, çox azdır. Çünki işləri saymaqla qurtaran deyil.  Eşşək yazıq Yardımlıda başını götürüb qaçmağa yer axtarır. Heç bir Emiqrant Eşşək o yerlərdə uzun zaman duruş gətirə bilmir. Çünki işi ağırdır. Ot daşı, saman daşı, təndir odunu, ocaq odunu daşı, su daşı, bu kənddən o kəndə gedən getmək üçün ikiayaqlıları belində gəzdir...Yazıq eşşəklər başlarını qaşımağa vaxt belə tapa bilmirlər, ona görə də elə ki, ipdə bir az çürüklük gördülər, həmən qırılıb qaçmağa üz qoyurlar.

Bizim də bir eşşək var idi – Mirimli kəndindən Tiliş kişigildən almışdıq. Ot tayamızı xaraba qoyurdu, elə ki, aparırdım “Aftaçeşmə”yə odun eləməyə, ayılanda görürdüm ki, eşşək yoxdur. Qırıb qaçıb. Düz qaçıb gedirdi özünün Avropa Şurasına -Mirimliyə. Meydu proçim, elə mən də o zamandan fikirləşirdim ki, milli, aborigen eşşəklərin sayını artırmalıyıq ki, Emiqrant Eşşəklər  də bizim əhdimizi kəsə bilməsinlər. Sağ olsun Statistika Komitəsini ki, indi belə mövzuları gündəmə gətirib. Öz işini MAHİR bilənlər yəqin ki, bundan sonra eşşək biznesinə daha böyük önəm verəcəklər...

Maraq doğuran bir məqam da var. Görən eşşəkləri az olan bölgələrdə  bu bədbəxt canıyanmışın işlərini bəs kim görür? Yox əgər həmin işlərin görülməsi üçün günün tələbləri səviyyəsində (su, qaz, işıq, ot, odun, yol, marşrut, iş problemi)  o bölgələrdə addımlar atılıbsa, onda bizim Emiqrant Eşşəklərin haqqı tapdalanır, müasir texnologiyanın imkanlarından yararlanmağa onlara imkan verilmir...

“Müharibə şəraitində yaşayan ölkə” olduğumuz üçün biz həm də tarixin təcrübələrindən istifadə etməliyik.  Məsələn,  eşşəklərdən açıq döyüşlərdə “dazornı qruppa” kimi istifadə oluna bilər. Vaxtilə keçmiş İraq prezidenti Səddam Hüseyn də belə etmişdi. 1991-ci il Körfəz müharibəsində  belinə bomba bağlanan “Səddam Hüseyn dəvələri”  “Səhrada tufan” əməliyyatında heç bir qanqal yiyə bilməsələr də, ancaq kəşfiyyat  və zərbə endirmək məqsədilə istifadə olunmuşdu.  Bax bu baxımdan Emiqrant Eşşəklərə ehtiyac var....

Bizim milli eşşəklərimizin pis xüsusiyyətlərindən biri  odur ki, gözləri heç doymur. İllər öncəsi mən özüm qoruqçu Həsənağadan gizlin eşşəyimizi ətə-qana doldurmaq üçün onu Şükür nilinin yanındakı buğda zəmisində çidarlayan zaman gözünün elə hey Qənimətgilin qoruğunda qalmasının şahidi olmuşam. Qabağında buğda zəmisi, di gəl ki, gözü elə orda-burda idi...

Milli eşşəklərimizin digər pis xüsusiyyətlərindən biri də budur ki, yaman zatıqırıq, ipiqırıq olurlar. Tez qudururlar. Qarınları bir az doyan kimi başlayırlar yerli-yersiz anqırmağa, hətta yiyəsinə belə şıllaq atırlar. Hər gün onu suvarmağıma baxmayaraq rəhmətlik Sərdar babamın eşşəyi mənə bir təpik qoymuşdu ki, utandığımdan dərdimi də heç kimə deyə bilmirdim, elə qıvrıla-qıvrıla gəzirdim...

Kənd adamı olduğumdan onu da müşahidə etmişəm ki, Eşşəklər anqıranda yala göz dikən İtlərin də başı ağrıyır. Səs səsə verirlər. İtlərin də zəhlətökən və bir az da ürəkgöynədən zingiltilərindəki saxtakarlıqlar bax elə həmin anqırtıda olduğu kimi apaydın sezilir.  Və kənddə bu proses hər zaman davam edir - eşşək quyruğu kimi nə uzanır, nə də ki, qısalır...

Aborigen eşşəklərin gerşək potensialları yaranmış vəziyyətdən çıxış yolunda irəliləmək üçün yetərli olsa da, ancaq emiqrant eşşəklərin gəlişiylə onları eşşəkləri də ölür. Gəlmə eşşəklərin ora-bura qaçmaq timsalında göstərdikləri “prinsipiallıq” əslində prinsipsizliyin bariz nümunəsidir. Çünki belə qaçışla əslində eşşəyin yiyəsi pis vəziyyətdə qalır. Sonucda da eşşəklərin yediyi, içdiyi burnundan gətirilir...

Gətirilməlidir də. Axı dünya çalxalanır, “yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. Gerçəkdə olmasa da, pərdə arxasında  dinlərarası, mədəniyyətlərarası gizli savaş gedir. Güclü olanlar para hesabına başqalarının mədəniyyətlərini, mənəviyyatlarını zorlamaqdadır. Eşşəklərimiz xəyanətkar mövqe tutmasalar, bizi yarı yolda qoymasalar, inşəAllah biz də o güclülər arasında olarıq – ancaq başqalarının mədəniyyətlərinə, mənəviyyatlarına sayğıyla yanaşmaq şərtilə. Emiqrant Eşşəklər üçün əsas şərt dolu torba sevgisidir , onlar yemsiz torbaya doğru getməzlər. Taxılımız bol olsun. Mədə niyyətlilər üçün sonradan yerin darısqal olacağısa onların özləri üçün yaratdıqları problem və həm də bir meyardır...

 

 

P.S: QIZILDAN NOXTA DÜZƏLTMƏK HƏVƏSİNİZİ ALLAH KƏSSİN!!!    

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam