Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasına başlanacaq

2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasına başlanacaq

 

 

2-3 may tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyası keçirilir

 

 

Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tədbirdə Komitənin aparat rəhbəri Cabbar Musayev iştirak edir.

 

Sessiya zamanı əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il raundu üzrə görülmüş işlər, vətəndaş qeydiyyatı məlumatları da daxil olmaqla demoqrafiya və miqrasiya üzrə rəsmi statistika məlumatlarının istehsalı və yayılması ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə məlumatların hazırlanması sahəsində milli prioritetlərə, İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyası üçün yeni strateji baxışın formalaşdırılmasına, Beynəlxalq Statistika İnstitutunun 62-ci Dünya Statistika Konqresinin işinə dair məsələlər müzakirə olunacaq.

 

Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndəsi təqdimatla çıxış edərək 2019-cu ildə Azərbaycan Respublikasında keçiriləcək əhalinin siyahıya alınmasına, o cümlədən sınaq siyahıya alınmasına hazırlıq üzrə görülən işlər barədə məlumat verəcək, Dövlət Statistika Komitəsinin bu sahədə əldə etdiyi təcrübəni sessiya iştirakçıları ilə bölüşəcək.

 

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam