Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçıs ilə deputatın iş birliyi!

 

   

    “Xeberinfo.com”: Əyalət rayonlarından birinin icra başçısı Milli Məclisin bir üzvü ilə birlikdə Rusiya Federasiyasının kurort şəhərindən biri olan Pyatiqorsk şəhərində 1500 nəfərlik sanatoriya inşa etdirib. Bununla bağlı məlumatı hakim dairəyə yaxın mənbədən almışıq.

    Biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan edilən icra başçısı ilə deputatın qanunları ayaqlar altına ataraq sahibkarlıq və biznes faəliyyəti ilə məşğul olmaları, özü də bunu xarici bir ölkədə etmələri müvafiq orqanları narahat etməlidir. Eyni zamanda bir icra başçısı ilə bir deputatın bu obyektin tikintisinə sərf etdiyi onmilyonlarla dolların haradan qazandıqlarına da aydınlıq gətirilməlidir. İcra başçısı ilə deputatın Pyatiqorskda 1500 nəfərlik sanatoriya inşa etdirməsinin ən qalmaqallı tərəfi isə bu məsələdə erməni millətindən olan bir şəxsin iştirakıdır. Belə ki, “xeberinfo.com”a daxil olan məlumata görə, deputatla icra başçısının Pyatiqorskda sanatoriya üçün yerin ayrılması, müvafiq icazələrin alınması və tikinti işlərinin təşkilini bu şəhərdə yaşayan ermənilərdən biri həll edib. Pyatiqorskda dəfələrlə olmuş və bu şəhərin həyatına yaxından bələd olanlar bilir ki, bədnam qonşularımız Rusiyanın bəzi şəhərlərində olduğu kimi, Pyatiqorskda da söz sahibidirlər. Ermənilərin idarəetmə və hüquq-mühafizə orqanlarında çox geniş təmsil olunduğunu deyən mənbəmizin sözlərinə görə, Pyatiqorskda ticarət, otel və sanatoriya biznesində əsas söz ermənilərə məxsusdur. Onların dəstəyi olmadan kimsə bu şəhərdə ticarət və yaxud otel işlədib, uğur qazana bilməz. Ən əsası ermənilərin razılığı və iştirakı olmadan faktiki olaraq böyük layihələr həyata keçirmək mümkün deyil. Buna görə də bu şəhərə böyük sərmayə qoymaq istəyənlər birinci növbədə ermənilərlə anlaşmağa çalışırlar. Mənbəmizin məlumatına görə, Pyatiqorskda bir zamanlar Azərbaycanda yaşamış çoxlu erməniyə rast gəlmək olar. Xüsusi ilə Qarabağdan olan ermənilərə tez-tez rast gəlmək olur. Bunlar əsasən imkanlı ermənilərdir və Qarabağ münaqişəsi başlayandan sonra Pyatiqorska köç ediblər. Pyatiqorskda iş görmək istəyən azərbaycanlılar isə ilk növbədə məhz bir zamanlar Azərbaycanda yaşamış ermənilərin köməyindən istifadə edirlər. Mənbəmiz bildirir ki, çox təəssüfedici haldır ki, Pyatiqorskda və eləcə də Rusiyanın başqa şəhərlərində ermənilərlə işbirliyi quran məmurlarımız bədnam qonşularımızın xoşuna gəlmək üçün Qarabağ müharibəsinə görə günahı Xalq Cəbhəsinin üzərinə qoyur və cəbhəçiləri lənətləyirlər.

    Pyatiqorskda ermənilərin köməyi ilə 1500 nəfərlik sanatoriya tikdirən icra başçııs ilə deputatın kimliyi bizə məlum olsa da, onların adlarını hələlik açıqlamırıq. Bu məsələnin həssaslığını nəzərə alıb, araşdırmalarımızı davam etdiririk və bəzi dəqiqləşdirmələrdən sonra Pyatiqorskda ermənilərlə işbirliyi quran icra başçısı və deputatın kimliyinə aydınlıq gətirəcəyik.

 

 

 

     Rövşən

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam