Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dərslər çox güman belə keçiriləcək -Təhsil komitəsinin sədr müavini açıqladı

Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı

Ölkəmizdə məktəblərin fəaliyyətə başlaması bütün hallarda olacaq. Bu açılmaya təsir edən başlıca amil pandemiya şəraitinin hansı səviyyədə olmasıdır.

Yenixeber.org: Bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirib. 

Onun sözlərinə görə, əsas məsələ dərslərin hansı formada keçiriləcəyindən ibarət olacaq: "Ənənəvi formada dərslərin bütün təhsil sistemində keçirilməyəcəyi indidən aydın görünür. Çünki koronavirus pandemiyasına qədərki şəraitdə olan təhsillə, indiki arasında çox fərq olacaq. Biz üzə-üzə təhsilin daha az olacağını görəcəyik.

Dərslər müxtəlif formalarda keçirilə bilər. Hesab edirəm ki, bizim ölkəmizdə orta məktəblərdə dərslər şəraitə uyğun olaraq, koronavirus pandemiyasının səviyyəsinə müvafiq qarışıq formada, yəni həm üzbəüz, həm də virtual məktəb layihəsi formasında keçirilə bilər.

Valideynlərin məktəbə hazırlıq işlərini aparmasındakı əndişələrini də başa düşmək lazımdır. Qeyri-müəyyənlik onlara da təsir göstərir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində hər şey aydın olacaq. Bu gün böyük ticarət mərkəzləri işləməsə də, digər yerlər fəaliyyət göstərir. Bizim hər bir vətəndaşımız Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etməklə məktəbli övladları üçün bazarlığı edə bilər. Tibbi maska taxmalı, sosial məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam