Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Yeni dərs ilinin avqustun 15-də başlaması mümkündür”  - Ekspert

“Yeni dərs ilinin avqustun 15-də başlaması mümkündür”  - Ekspert

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may tarixli qərarına əsasən, Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılıb. Yəni bu il tədris ancaq onlayn şəkildə həyata keçiriləcək və növbəti dərs ilində şagirdlər yeni siniflərdə təhsillərini davam etdirəcəklər.

Yenixeber.org: Mühim məqam isə odur ki, şagirdlərə ikinci semestr dərslərini tam mənimsəməyiblər. Çünki onlayn dərslərə təxminən 30-35 faiz şagird qatılıb. Digər kəsim isə dərs cədvəlindən ümumiyyətlə xəbərsizdir. Mraqlıdır, bu, gələn il şagirdlər üçün hansısa problem yaradacaqmı? Şagirdlər keçmədikləri proqramın davamını sentyabrda mənimsəyə biləcəklərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk əvvəl bildirib ki, martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərib: “Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət plnlaşdırılmamış tədrisdən kənarda qalmaq onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasın səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyi 11 martdan etibarən Mədəniyyət TV-də Tele Dərs layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına imkan yaratdı. Virtual məktəb layihəsini də yüksək qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydən düşmə olacaq. Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin virtual məktəb layihəsi tam şəkildə proqramı əhatə edir. Amma ilk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hazırda yaranmış çətinlikdir”.

Ekspert qeyd edib ki, 4 447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur: “Belə ki, hazırda mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi kompüter, planşet və telefona sahib deyillər. Pedaqoji normalara görə uşaq yay tətilində istirahətə də, təhsilə də vaxt ayırmalıdır. Amma uşaqları məcburi şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək etməlidirlər. İstər müəllim, istər valideyn uşaqda elmə həvəs yaratmalıdır. Heç olmasa, avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır. Çox yox, hər gün 1 saat mütaliə edib yazı yazsa, geriləmə olmaz. Hətta yaxşı oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur. Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr, yaxşı olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır. Amma bu dəfə situasiya çox fərqlidir. Koronavirus bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir etdi. Təcrübə göstərir ki, yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır. Amma indiki halda hətta isti yay aylarında belə uşaqların qismən təhsilə cəlb olunması qaçılmazdır”. 

Kamran Əsədov hesab edir ki, hətta dərslərin 15 avqustdan başlaması da mümkündür: “Bununla yanaşı, 15 avqustdan məktəbə 1 gün qalmışadək əvvəlki sinifdəki əsas fənlərin təkrar edilməsi və ondan sonra yeni tədris ilinə başlanması kimi variantlar da var. Lakin keçirilməyən dərslərədəki zəruri informasiyaların şagirdlərə çatdırılması üçün onlayn dərslər zəruridir. Çünki keçirilməyən mövzular şagirdlərə gələcəkdə əmək bazarında lazım olacaq”. 

Həmsöhbətimizin sözlərinə görə, mobil operatorlar və İnternet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar: “Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlərə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa, şagirdlərin bilik və bacarıqlarında mövcud vəziyyətdə müəyyən qədər artım olar. Belə ki, DİM-in “Youtube” resursları və DİM-in okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır. Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür”. 

Kamran Əsədov vurğulayıb ki, mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizdə aiddir: “Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün təhsilin davamlılığında hansısa bir problem yaranmayıb”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam