Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Baş Prokurorluq -vətəndaşlara müraciət etdi

Baş Prokurorluq vətəndaşlara müraciət etdi
Baş Prokurorluq Azərbaycan vətəndaşlarına müraciət edib.
Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Prezident İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir.

Daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğu prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi”nə, korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara isə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam