Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Prokurorluq orqanlarında - müraciətlərin elektron qaydada qəbulu davam etdirilir

Prokurorluq orqanlarında müraciətlərin elektron qaydada qəbulu davam etdirilir
Hazırda dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasının (COVİD-19) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərini nəzərə alaraq, xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi təmin edilir.
Yenixeber.org: Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, göstərilənlərlə əlaqədar, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiqi barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin icrası təmin edilməklə yanaşı, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan müraciət etmək hüququnun sərbəst reallaşdırılmasını təmin edən kompleks tədbirlər görülür.

Belə ki, infeksiyanın yayılması ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, qəbulla əlaqədar Baş Prokurorluğun “genprosecutor.gov.az” veb-saytına, [email protected] elektron poçt ünvanına, Baş Prokurorluğun Qəbul otağının 492-98-55 telefon nömrəsinə, Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmiş şəxslərin qəbulu qanunvericiliklə nəzərdə tutulmuş qaydada informasiya-telekommunikasiya texnologiyalarının video görüntü funksiyasından istifadə olunmaqla canlı bağlantı (onlayn) rejimində də həyata keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam