Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Rusiyada həkimlər COVİD-19 vaksininə şübhə edir -Rəy sorğusu açıqlandı, cəmi 24.5 faiz...

Rusiyada tibbi personalın 52 faizi koronavirus infeksiyasına qarşı peyvənd vurdurmağa hazır deyil. Bu haqda “RBK” portalı “Həkim soraqçası” adlı xidmətin sorğusuna istinadla yazıb. Üç mindən çox respondentin cəmi 24,5 faizi vaksinasiyaya razı olduğunu deyib.

Yenixeber.org: Rəyi soruşulanların 66 faizi inamsızlığını vaksinin effekti haqda yetərincə informasiyanın olmamasıyla izah edib. 48 faiz vaksinin hazırlanma sürətinə ehtiyatla yanaşıb. Sorğu iştirakçılarının 20 faizi peyvəndi xəstələrə, həmkarlara və tanışlara məsləhət görəcəyini bildirib.

Prezident Vladimir Putin avqustun 11-də Rusiyada COVID-19 vaksininin qeydiyyata alındığını açıqladı. Bu, dünyada koronavirus infeksiyasına qarşı ilk vaksin oldu, ancaq səhiyyə ekspertləri ona şübhəylə yanaşırlar. Putin öz qızlarından birinin də peyvəndi artıq vurdurduğunu söylədi.

Farmaseptik şirkətlər Səhiyyə Nazirliyini vaksinin hazırlanma prosesini məcburən sürətləndirməməyə çağırıb. Hazırda dünyada 26 potensial vaksin sınaq mərhələsindədir, onların altısı minlərlə, onminlərlə insanın üzərində sınaqdan keçirilir. Rusiya vaksini isə üçüncü sınaq mərhələsindən keçməyib, onlarla könüllü üzərində yoxlanılıb.

Səhiyyə naziri Mixail Muraşko bu gün bəyan edib ki, yaxın günlərdə vaksinin klinik sınaqları barədə detallı informasiya yayılacaq.

Dünya Səhiyyə Təşkilatı, ABŞ, bir sıra Avropa ölkələri Rusiyanın hazırladığı vaksinə ehtiyatla yanaşıblar. Almaniya Federal Həkimlər Palatasının başçısı Klaus Raynkard Rusiyanın hərəkətlərini sərt tənqid edib. Onun sözlərinə görə, vaksinin həlledici, üçüncü fazadan keçmədən təsdiqlənməsi insanlar üzərində riskli eksperimentdir.

Rusiya Səhiyyə Nazirliyi ABŞ-a COVID-19 vaksininin hazırlanması üzrəəməkdaşlıq təklif etməsi haqda məlumatları təkzib edib. CNN televiziyası adını çəkmədiyi rusiyalı məmurlara istinadla xəbər vermişdi ki, guya Vaşinqton Moskvayla əməkdaşlıqdan imtina edib. Təklifin konkret kimdən gəldiyi dəqiq deyilmirdi.

“Səhiyyə Nazirliyi ABŞ tərəfə heç bir rəsmi təklif göndərməyib”, – nazir müavini Aleksey Kuznetsov “İnterfaks” agentliyinə deyib.

Son bir sutka ərzində Rusiyada koronavirusa 5 min 65 yeni yoluxma təsdiqlənib, 114 pasiyent vəfat edib. Pandemiya başlanandan yoluxanların sayı 913 minə, ölənlər isə 15 min yarıma yaxınlaşır.

Dünyada yoluxanların sayı 21 milyona, ölənlərin sayı 760 minə yaxınlaşır. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam