Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Rusiyadan COVID-19 peyvəndi alacaq? -RƏSMİ

Azərbaycan Rusiyadan COVID-19 peyvəndi alacaq? -  RƏSMİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydiyyatından keçməyən preparatın ölkəmizdə tətbiqi nəzərdə tutulmur.
Yenixeber.org: Bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Qonşu Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alınmasına münasibət bildirən C.İsayev vurğulayıb ki, vaksin gələcəkdə təsdiqini taparsa, onun alınması barədə düşünmək olar.



"Vaksinin nə dərəcədə effektli olması, özünü hansı səviyyədə göstərməsinə dair məlumatımız yoxdur. Hesab edirəm ki, Rusiyada hazırlanan peyvənd kliniki sınaqdan yarımçıq keçirilib. Heç özlərinin müstəqil ekspertləri də dərmanla bağlı müsbət rəylər vermirlər.

Peyvəndin tətbiqindən və ÜST-ün qeydiyyatından sonra bu haqda danışmaq olar. Hələ ÜST-ün ekspertizasından keçməyib. Yalnız Rusiyanın özündə qeydiyyata alınıb. Bizim ÜST-lə sıx əlaqəmiz var, onlarla işləyirik, təşkilatın qeydiyyatından keçməyən hansısa preparatın ölkəmizdə tətbiqi arzuedilməzdir", - deyə C.İsayev qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam