Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Hər birimiz karantin rejimindən yorulmuşuq" -TƏBİB rəsmisi

 
ÜST-ün yaydığı məlumata görə, son bir sutka ərzində 278 min 291 nəfər koronavirusa yoluxub, 6815 nəfər isə həyatını itirib.
Yenixeber.org: Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda yoluxma üzrə müsbət dinamika müşahidə olunur.

“Son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından aşağı olur. Həyatını itirən xəstələrin də sayı azalır. Bu, həkimlərin səyi nəticəsində olur. Xəstə sayı artdıqca, verilən xidmətin keyfiyyəti aşağı düşə bilər. Yumşalmalara gedilir. Bizə irad bildirirlər ki, insanları qorxuduruq və payız-qış mövsümünə gedirik. Lakin biz bunları deməliyik. Bütün dünya bu dövrdə yoluxmaların sayının artmasına hazırlaşır və biz də bunu edirik. Biz açılışa gedirik. Qapalı yerlərdə insanlara xidmət göstərən sahələr açılır”.

Y.Qarayeva bildirib ki, burada insanların üzərinə məsuliyyət düşür: “Çalışaq eyni yerdə, eyni istiqamətdə toplaşmayaq. Fikizi məsafəni qorumağa çalışaq. Hər birimiz karantin rejimindən yorulmuşuq və öz yaxınlarımızı görmək istəyirik. Təcrübə göstərir ki, yaxın insanların bir yerə toplaşması nəticəsində ailədaxili yoluxma olub. Qarşıdakı dövrdə müraciətimiz odur ki, mərhələ-mərhələ yumşalmaya gedək, başqa yumşalmalar olsun. Lakin qaydalara əməl etməliyik. Əməl etməsək, yoluxma artacaq. Yoluxmaların artmasını həkimlər və tibb işçiləri istəmir. Çünki onlar belə rejimdə çalışmaqdan həm mənəvi, həm də fiziki olaraq yorulublar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam