Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın bütün bölgələrində -koronavirus aşkarlanıb

Azərbaycanın bütün bölgələrində koronavirus aşkarlanıb
Biz sağlam daşıyıcıları aşkarlamaq üçün ilk mərhələdə sərhədləri keçənləri iki dəfə test edirdik. Lakin xəstələrin sayı artdıqca artıq diqqət onlara yönəldildi.
Yenixeber.org: Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, hazırda karantin rejimi 14 gün müəyyən edilib: "ÜST hesab edir ki, koronavirus 14 günə yoluxa bilər. Üç gün ərzində qızdırma, digər əlamətlər yoxdursa, iki dəfə test yoxlanışı neqativ çıxsa, onları sağlam insan kimi evə buraxırıq”.

Y.Qarayeva qeyd edib ki, Azərbaycanın bütün bölgələrində koronavirusa yoluxma halları var. Hansı bölgədə yayılma faizinin çox olması isə açıqlanmır: "Biz əsasən yoluxmanı bütün bölgələrdə aşkarlamışıq. Azərbaycanın hər bölgəsində bu fakt təsdiqlənib. Digər tərəfdən, 1 xəstənin keçdiyi yerlərdə onlarla insanın yoluxduğunu aşkarlamışıq. Bu da insanları sürətli yoluxdurur. Ona görə də tələb edirik ki, evdə qalın, küçələrə çıxıb, yoluxmayın və yoluxdurmayın".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam