Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Partlayışda xarici müdaxilə ehtimalı var” -Livan Prezidenti

“Partlayışda xarici müdaxilə ehtimalı var” -  Livan Prezidenti
Beyrutdakı partlayışın səbəbi hələ müəyyənləşdirilməyib, çünki raket, bomba və ya digər vasitələrlə xarici müdaxilə ehtimalı var.

Yenixeber.org: Bu barədə Livanın "MTV" telekanalına ölkə Prezidenti Mişel Aun bildirib. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makrondan partlayışın peyk görüntülərini təqdim etməsini xahiş edib.
“Əgər onlarda bu görüntülər olmasa, hadisəyə xarici müdaxilənin səbəb olduğunu, yaxud partlayışın baş verdiyini müəyyən etmək üçün digər ölkələrdən bunu xahiş edəcəyik".

Aun qeyd edib ki, araşdırma tez bir zamanda olmalıdır.

“Məhkəmə orqanları çevik fəaliyyət göstərməlidir. Bir çox hökumətin görməzdən gəldiyi faktlar, ammonium nitratının kim tərəfindən yükləndiyi, səhlənkarlığın olub-olmadığı, ammoniumun limana necə girdiyi, partlayıcı maddələrin niyə bir neçə il saxlanıldığı araşdırılmalıdır", - deyə Livan Prezidenti vurğulayıb.

O qeyd edib ki, məsuliyyət dərəcəsi tədricən müəyyənləşdirilməlidir, lakin bu proses vaxt tələb edir.

"Naziri birinci mühakimə etmək olmaz, istintaq gedir və günahkarlar məsuliyyətə cəlb ediləcək, heç kim qorunmayacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam