Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BNA:Bəzi daşıyıcıların saz vəziyyətdə olan avtobusları ...

BNA: Bəzi daşıyıcıların saz vəziyyətdə olan avtobusları xəttə buraxmaması halları müşahidə edilib

Müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə verilən tapşırıqların icrasına nəzarət məqsədi ilə “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Ayşən LTD” MMC, “Azlənd Plaza” MMC, “GrandBus” MMC, “Fidan” MMC“ və General Auto Company” firmasının istehsalat bazalarına baxış keçirilib.

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması halları müşahidə edilib. Adı çəkilən daşıyıcılar müvəqqəti istismarlarında olan bəzi marşrutlar üzrə müəyyən olunan saydan az avtobus çıxararaq süni sərnişin sıxlığının yaranmasına səbəb olublar.

Mövcud pandemiya şəraitində karantin rejimi qaydalarının pozulması ilə nəticələnən hərəkətlərə yol verən həmin daşıyıcılar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Toplanan materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim olunacaq. 

Bildiririk ki, nəzarət tədbirləri davamlı olaraq aparılacaq, xüsusi ilə mövcud pandemiya şəraitində vətəndaşlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etməyən daşıyıcılara qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam