Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Baş Prokurorluq -Fuad Qəhrəmanlı və digərləri barədə məlumat yaydı

Baş Prokurorluq Fuad Qəhrəmanlı və digərləri barədə məlumat yaydı
Xəbər verildiyi kimi, cari il iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməklə bu cinayətin təşkil olunmasında, o cümlədən törədilməsində biləvasitə iştirak etmiş şəxslər istintaqa cəlb edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Hal-hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri təmin ediləcəkdir.

Bununla yanaşı qeyd edilməlidir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin həyata keçirilən prosessual hərəkətlər zamanı guya hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluq tərəfindən diqqətə çatdırılır ki, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prossesual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilmiş və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib.

Qeyd olunub ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir və istintaqın obyektiv gedişatına təzyiq göstərilməsi kimi qiymətləndirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam