Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nadzor”u güllələyənə 2 maddə ilə cinayət işi açıldı -Axtarılır

“Nadzor”u güllələyənə 2 maddə ilə cinayət işi açıldı

 

Baş Prokurorluq Ədliyyə Nazirliyinin “nadzor”unun güllələnməsi ilə bağlı açıqlama verib.

Yenixeber.org:  Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçisi 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam