Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yazlıq əkin bəyan edən fermerlərə -subsidiya kartları paylanılır

Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə Fermer Kartı paylanmasına başlanılıb.

Yenixeber.org: Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, ilkin olaraq, cari ilin aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına Fermer Kartları Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişi əsasında "Kapital Bank" ASC tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.

Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər EKTİS üzərindən onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 min nəfərdən artıq fermer qeydiyyatdan keçib. Payızlıq əkinlərə görə subsidiya üçün müraciət etmiş fermerlərə Fermer Kartı paylanıb, subsidiya ödənişləri həyata keçirilib. Növbəti ildə payızlıq əkinlərə görə əkin subsidiyası almaq üçün bəyanlara cari ilin sentyabr ayından etibarən başlanacaq.

Hazırda yazlıq əkinlərlə bağlı monitorinqlər davam edir və nəticələrə uyğun olaraq ödənişlər həyata keçiriləcək. Eyni zamanda fermerlərin yazlıq əkinlərlə bağlı bəyan prosesi may ayının sonunadək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam