Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran raket zərbəsi endirdi-“Amerika təyyarədaşıyanı” batmağa başladı

 İran sahillərindən bir neçə kilometr aralıda “Nimitz” sinfindən olan təyyarədaşıyan gəmi batmağa başlayıb.

Yenixeber.org: Gəmiyə bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Korpusunun qüvvələri qanadlı raketlə zərbə endirmişdi.

 

ABŞ-ın "Nimitz" təyyarədaşıyanı

Belə ki, İran təlim məqsədi ilə ABŞ-ın “Nimitz” sinfindən təyyarədaşıyan gəmilərinin maketini hazırlayıb və onları hədəf kimi istifadə edir. Məqsəd ABŞ-la mümkün hərbi qarşıdurma zamanı bu ölkənin hərbi donanmasının flaqmanı olan təyyarədaşıyanları batırmağı məşq etməkdir.

İranın hədəf kimi istifadə etdiyi "Nimitz" təyyarədaşıyan maketinin peykdən çəkilmiş görüntüsü

Bildirilir ki, əvvəlcə təyyarədaşıyan maketinin yedəyə alınaraq İran limanlarından birinə aparılacağı, orada təmir olunduqdan sonra yenidən təlimlərdə istifadə olunacağı gözlənilirdi. Lakin peykdən çəkilmiş fotolara əsasən təyyarədaşıyan majeti göyərtəsindəki döyüş təyyarələri maketləri ilə birlikdə suyun dibinə batmağa başlayıb.

Hazırda təyyarədaşıyan maketinin 90 faizi suya batıb və istisna edilmir ki, maket üçün final İran qırıcılarının ona raket zərbəsi endirməsi, yaxud ballistik raketlərlə hədəfə alınması ola bilər.

Amerika tərəfi İranın “Nimitz” modeli ilə keçirdiyi bu təlimləri “çox ciddi səhv və təxribat” adlandırıb. Vaşinqton üçün İranın keçirdiyi bu təlimlər əyani sübutdur ki, müharibə başlasa Birləşmiş Ştatların təyyarədaşıyan zərbə qruplaşması qanadlı və ballistik raketlərlə hədəfə alınacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam