Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünyada “5G” infrastrukturu üçün xərclər iki dəfə artacaq -“Gartner”

2020-ci ildə beşinci nəsil mobil rabitə şəbəkələri (5G) infrastrukturu üçün dünya xərcləri iki dəfə artaraq 8,1 milyard dollara çatacaq.

Yenixeber.org: Bu barədə “Gartner” şirkətinin yenilənmiş qiymətləndirməsində deyilir. Bununla yanaşı, analitiklər ümumilikdə mobil rabitə infrastrukturu bazarının həcminin azalacağı barədə xəbərdarlıqla çıxış ediblər. Burada mədaxilin 2019-cu illə müqayisədə 4,4 faiz azalaraq 38,1 milyard dollar səviyyəsində olacağı gözlənilir.

Mütəxəssislərin hesablamalarına görə, ötən il kommunikasiya xidməti tədarükçüləri tərəfindən “5G” infrastrukturunun yaradılmasına 4,1 milyard dollaradək vəsait ayrılıb. Bu, mobil şəbəkələrin inkişafına 39,87 milyard dollar məbləğində ümumi investisiya həcminin 10,4 faizini təşkil edib. Bu il üçün proqnoz özünü doğruldacağı təqdirdə nəzərdən keçirilən bazarda bütün xərclərin 21,3 faizi “5G” şəbəkəsinin payına düşəcək.

“Gartner”in mütəxəssislərinin fikrincə, “5G” şəbəkəsinin tətbiqinə görə lider regionlar – Çin (Tayvan və Honkonq daxil olmaqla), inkişaf etmiş Asiya-Sakit Okean ölkələri, Şimali Amerika və Yaponiya 2023-cü ilədək öz əhalisinin 95 faizini beşinci nəsil mobil rabitəsi ilə əhatə edəcək.

COVID-19 pandemiyası səbəbindən Çin və Yaponiya istisna olmaqla digər regionlarda “5G”yə investisiyaların artım tempi azalsa da, şirkət nümayəndələri qeyd edir ki, “5G” şəbəkələrinin qurulması üçün xərclərdə artım hər yerdə müşahidə olunur.

Qısamüddətli perspektivdə Çin dünya “5G” infrastrukturunun inkişafına başçılıq edəcək. 2020-ci ildə bu istiqamət üzrə bütün investisiya vəsaitlərinin təxminən yarısı ölkənin payına düşəcək.

“Gartner” 2021-ci ildə “5G” investisiyalarının daha da artacağını proqnozlaşdırır. 2022-ci ildə isə beşinci nəsil mobil rabitə şəbəkələrinin inkişafı üçün xərclərin “4G/LTE” xərclərini üstələyəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam