Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Dünya Azərbaycanlıları Assambleyası ermənilərin hücumunu pislədi-BƏYANAT

 

 Dünya Azərbaycanlıları Assambleyası Brüsseldə və  Los-Anceles şəhərlərində erməni diaspor fəallarının azərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb.

Yenixeber.org: Assambleyadan verilən məlumata görə bəyanatda deyilir:

22 iyul 2020 tarixində Azərbaycan Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirərək mülkü yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə zərbələr endirməsinə etiraz olaraq keçirdikləri dinc aksiyasına Ermənistan diaspor fəallarının  kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Belçika, həm Amerika Birləşmiş Ştatları, həm də Belçika Krallığının hüquq-mühafizə orqanlarından tələb edirik.

Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, şüsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilib. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilib və hazırda müalicələrini davam etdirirlər.

Bildirmək istəyirik ki, insan hüquqlarıyla bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin, bu hüquqlar digər vətəndaşların hüqularını tapdalamamalıdır. Sərbəst toplaşmaq hüquq təmin edilsə də, orda iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhlükəsizliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib.

Həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal baş vermiş xoşagəlməz hadisəylə bağlı hüquqi ölçü götürməyə dəvət edirik. Baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, Ermənistan səfirliyi və Ermənistan diaspor liderləri məsuliyyət daşıyacaq.

Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam