Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Sən heç Allahdan qorxmadın?Zori Balayanla nə fərqin var?”

“Sən heç Allahdan qorxmadın? Zori Balayanla nə fərqin var?”

"Sevinc Osmanqızı, əgər atanızı tanımasaydım, sizin azərbaycanlı olduğunuza şübhə edərdim".

Yenixeber.org: Bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yaydığı videomüraciətində deyib.

Əməkdar artist onun Amerikada və digər ölkələrdə ermənilərin azərbaycanlılara hücum etməsinin günahını soydaşlarımızda görməsini qəzəblə qarşılaşdığını bildirib:

"Sizin daima hökumətlə davanız olub və bu dava davam edir də. Siz azad insansınız və sözünüzü hökumətə bildirirsiniz və hökumət də ya cavab verir, ya da sizə heç əhəmiyyət vermir. Bu, tamamilə başqa mövzudur. Mən siyasətçi deyiləm və siyasətlə də məşğul olmaq fikrim yoxdur. 

Sizə bir neçə kəlmə sözüm var. Siz azərbaycanlı qızısınız. Əgər atanız Osman Mirzəyev olmasaydı, onu tanımasaydım, hörmətim olmasaydı, buna şübhə ilə yanaşardım. Onun necə gözəl ziyalı olduğunu şəxsən bilirəm. Lakin çox təəssüf ki, şəhid Osman Mirzəyevin qızı gedib Amerikada rahat oturub, düşündüklərini rahat həyata keçirsin deyə öz millətini, xalqını düşmənin ayağına verir. Sizin Amerikada millətimizə daş atanlardan heç bir fərqiniz olmadı. Əksinə, siz bizi daha betər ağrıtdız, yandırdınız. Özü də təkcə 5-10 nəfəri deyil, bütün Azərbaycanı".

Aybəniz Haşımova daha sonra qeyd edib:

"Azərbaycanlılar sizin dediyiniz kimi hücumçu, təcavüzkar, üsyançı olsaydı, Ermənistanda Xocalı soyqırımı kimi bir faciə törədərdilər. Halbuki azərbaycanlılar zamanında erməniləri başları üstə tutublar. Ömür boyu ermənilər Azərbaycanın ən gözəl yerlərində yaşayıb. İndi necə oldu ki, azərbaycanlıları vəhşi, üsyankar adlandırırsan?! Sən heç Allahdan qorxmadınmı? Sənin Zori Balayanla nə fərqin var?!"

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. O, ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarının günahını azərbaycanlılarda görüb. Şəhid Osman Mirzəyevin qızı olan jurnalistin bu fikirləri həmvətənlərimiz tərəfindən böyük qəzəblə qarşılanıb. (Milli.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam