Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əməkdar artist od püskürdü:“Bu nə biabırçılıqdır?!”

18 Apr 2020 08:13
629

“Əgər mən susub, heç kimə cavab vermirəmsə, bu, qorxaqlıq əlaməti deyil. Qarabağ savaşını görən bir insanam. Baxmayın ki, qadınam. Heç zaman qorxaq insan olmamışam, olmağa da hazırlaşmıram. Mənimlə hörmətlə davranın, necə ki mən sizinlə hörmətlə davranıram. Görsəm ki, kimsə mənə qarşı mədəniyyətsizlik edir, o zaman inciməyin məndən. Bəsdir!”

Yenixeber.org: Bu sözləri Əməkdar artist Aybəniz Haşımova 571 min izləyicisi olan “İnstagram” hesabında açdığı canlı efir zamanı deyib.

Sənətçi sosial şəbəkədə haqqında xoşagəlməz paylaşımlar edən şəxslərə səslənərək, onlara sonuncu dəfə xəbərdarlıq ünvanlayıb:

“Son günlər belə bir dəb düşüb, yalançı məqalələr yazıb, xoşagəlməz başlıqlar qoyub, paylaşırlar. Həmin yazını oxuyan sosial şəbəkə izləyicisi şərhə söyüş və təhqirlər yazır. Bu nə biabırçılıqdır?! Haqqımda sosial şəbəkələrdə xoşagəlməz paylaşımlar və yazılar yazan şəxslərə deyirəm ki, sizi nə məhkəmə ilə, nə də həbslə hədələmək fikrim var. Sadəcə o insan mənim üçün öləcək. Bir də heç zaman o dırnaqarası jurnalisti ətrafıma buraxmayacağam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam