Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya azərbaycanlıları Ermənistana qarşı sərt sanksiyalar tələb edir

 

 Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub.
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, onlarla diaspor təşkilatı, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Manisa–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Kocaeli Derince Azərbaycan Evi Dərnəyi, İstanbulda yaşayan soydaşlarımız, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA), "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi (BAK), Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan diaspor təşkilatları, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi və bir sıra başqa təşkilatlar beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara və yaşadıqları ölkələrin yüksək dövlət qurumlarına bəyanatlar ünvanlayıblar.

Soydaşlarımız yaydıqları bəyanatlarda Tovuzda baş verən qanlı hadisələri, mülki əhalinin güllələnməsi faktlarını diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərini və nüfuzlu beynəlxalq qurumları ermənilərin törətdikləri təxribatlara susmaqda ittiham ediblər. Dünya azərbaycanlıları beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistanın hərəkətləri qarşısında susmamağa və sərt sanksiyaların tətbiq olunması üçün haqq səslərini ucaltmağa çağırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam