Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünya Bankının Azərbaycan üzrə meneceri -yeni vəzifəyə təyinat alıb

Dünya Bankının (DB) Azərbaycan üzrə keçmiş meneceri Navid Həsən Naqvi bundan sonrakı fəaliyyətini Qırğızıstanda davam etdirəcək.

Yenixeber.org: Bu barədə məlumatı qurumun Azərbaycandakı nümayəndəliyindən təsdiq ediblər.

Bildirilir ki, o, öz səlahiyyətlərinin icrasına 2020-ci ilin avqustun 1-də başlamalıdır.

Xatırladaq ki, iyulun 1-də Azərbaycanda səlahiyyət müddəti bitən Navid Naqvi 2016-cı ildən bu vəzifəni icra edir.

Onun yerinə isə Azərbaycan üzrə menecer vəzifəsinə Sara Maykl (Sarah Michael) təyin olunub.

Əlavə edək ki, Azərbaycan bir çox ölkələr kimi koronavirus (COVID-19) pandemiyası səbəbindən beynəlxalq uçuşları ləğv edib. Bu səbəbdən də S.Mayklın Azərbaycana gələrək vəzifəsinin icrasına başlaması və N.Naqvinin isə ölkəni tərk etməsi yubanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam