GÖMRÜK DAXİLOLMALARI 3 DƏFƏ NECƏ ARTIB? -İqtisadçı gerçək səbəbləri açıqladı
Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda gömrük daxilolmalarından da söz açılıb.
Yenixeber.org: İclasda iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu ilin 6 ayı ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daxilolmalarda 3 dəfədən çox artım var.
Amma əlavə edib ki, o zaman gömrük daxilolmaları 700 mln. manat idisə, hazırda təxminən 2 mlrd. manatdır. Yəni 3 dəfədən bir qədər az artım var.
Artım göz qabağındadır, amma bu artımı bütünlüklə gömrükdəki şəffaflaşmanın ayağına yazmaq doğru deyil.
Çünki 2015-ci ilin 6 ayı üzrə manatın dollar qarşısında məzənnəsi 0.97 manat təşkil etdiyi halda, bu ilin eyni dövründə 1.7 manat olub.
Yəni 2015-ci ildə vergiyə cəlb olunan dövriyyə 4.5 mlrd. manat (4.7 mlrd. USD), bu il isə 8.3 mlrd. manat (4.9 mlrd. USD) olub.
Göründüyü kimi, təkcə məzənnə hesabına vergitutulan dövriyyədə 1.9 dəfə artım var. Yəni bu artımda gömrük orqanlarının hər hansı rolu yoxdur.
2015-ci ildə vergi daxilolmlalarının idxalın dəyərində payı 16%, bu il isə 24% olub.
Əgər 2015-ci ilin vergitutma əmsalı (təxminən 16%) qalmış olsa idi, hazırda gömrük 1.3 mlrd. manat yığımış olardı. Yəni məzənnə hesabına büdcənin ekstra qazancları nəzərə alınmasa, sırf gömrükdəki şəffaflaşmalar hesabına yığımların 3 dəfə yox, təxminən 50% genişlənməsi haqda danışmaq olar.
Əlbəttə az artım deyil, amma qiymətləndirmə obyektiv olmalıdır - 3 dəfə artım göstəricisinin hamısını qurumun ayağına yazmaq doğru deyil.
Hələ onu da əlavə edim ki, aksizlərin timsalında gömrük vergi yükündə kəskin artım olub. Daxilolamaların artımında vergi yükünün ağırlaşamasının təsirini neytrallaşdırıb, sonra gümrüyün şəffaflaşdırma səylərinin yekun qiymətləndirilməsi aparılsa, daha ədalətli nəticələr görünər...”
(azpolitika)