Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mehriban Əliyeva tapşırdı-Böyük Şorun təmizlənməsinə başlanıldı

Mehriban Əliyeva tapşırdı, Böyük Şorun təmizlənməsinə başlanıldı

Bir neçə gün əvvəl Sobsan boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb. 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

“Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”. 

İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir. Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam