Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu istirahət mərkəzləri cərimələndi -Adlar açıqlandı

Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir neçə istiqamətdə tədbirlər həyata keçirilir.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə 2018-2020-ci illəri əhatə edəcək birgə Tədbirlər Planı təsdiq edib, nazirliyin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb.
Yuxarıda qeyd olunan Planın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə keçirilən birgə reydlər zamanı "Bulaq”, "Üç qardaş”, "Green ville”, "Panorama”, "Əlincə”, "Raduqa”, "Çıraq qala” və "Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, "Təbib”, "Sunset”, "Elay”, "Jalə” istirahət mərkəzlərində və "Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.
Bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub. Araşdırma zamanı "Relaks”, "Tural-1”, "Gəmi Qaya”, "Orxan”, "Katamaran”, "Şərur”, "Kaspian Standart KO” MMC-yə məxsus "Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və "Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalanlandığı məlum olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12500 manat məbləğində cərimə ediliblər. "Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib və icrası nəzarətə götürülüb.
Son 2 gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq "Meduza”, "Su pərisi”, "Panorama” və "Məşədi” istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
Bu reydlər mütəmadi xarakter daşıyacaq və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcək və keçirilən reydlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.
Xəzər dənizinin çirklənməsinin şahido olan vətəndaşlar nazirliyin 168 nömrəli "Qaynar xətt” xidmətinə 24 saat ərzində zəng edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam