Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İraq-koronavirusa görə 14 günlük komendant saatı tətbiq edə bilər

İraq koronavirusa görə 14 günlük komendant saatı tətbiq edə bilər

İraq koronavirus epidemiyasının üçüncü mərhələsinə qədəm qoyub və bu səbəbdən epidemiya ilə mübarizə üzrə ölkə parlamentindəki böhran qərargahı 14 gün ərzində sutkalıq komendant saatı tətbiq edilməsini ən yaxşı həll yolu hesab edir.

Yenixeber.org: Bu barədə jurnalistlərə böhran qərargahının rəsmi nümayəndəsi Faleh əz-Ziyadi məlumat verib.

Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi iyun ayının ikinci yarısında tədricən koronavirusun pik həddə çatdığını bildirmişdi. İyunun sonlarından bəri gündəlik yoluxma sayı təxminən 2 min olurdu, amma iyulun 8-də bu rəqəm ilk dəfə 3 minə yaxınlaşıb. Ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 67 mini keçib, təqribən 38 min nəfər sağalıb, 2 779 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam