Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Merkelin yeni-Avropa planı

Merkelin yeni Avropa planı
Almaniya Avropa İttifaqı Şurasının müvəqqəti sədri kimi yalnız qısa müddətdə Avropa iqtisadiyyatının bərpası üzərində işləmək niyyətində deyil, eyni zamanda Aİ-nin beynəlxalq aləmdəki yerinin qorunub saxlanmasına zəmanət verir.
Yenixeber.org: Bu barədə Almaniya kansleri Angela Merkel ölkəsinin sədrliklə bağlı proqramını açıqlayarkən deyib.

"Almaniyanın Aİ sədrliyindəki prioriteti böhrandan çıxmaq üçün Avropa İttifaqını gücləndirmək olacaq. Biz yalnız Avropanı qısa müddətdə sabitləşdirmək istəmirik, beynəlxalq aləmdə öz yerini qoruyacaq, yeniliklərə diqqətlə yanaşan, özünə inamlı Avropa yaratmaq istəyirik".

O, bu vəzifələri icra edərkən Aİ iqtisadiyyatının bərpası üçün Almaniya-Fransa təklifi əsasında 500 milyard avro dəyərində fondun yaradılmasına güvənməyi təklif edib.

"Bizim vəzifəmiz ən qısa zamanda razılığa gəlməkdir, vaxt itirə bilmərik. Hər istiqamətdə kompromis əldə etməli olacağıq", - deyə Merkel vurğulayıb.

Qeyd edək ki, iyulun 1-də Almaniyanın Aİ Şurasına altı aylıq sədrliyi başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam