Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Hədəf məlumdur, döyüşlər başlaya bilər- İrəvanın son şansı

Hədəf məlumdur, döyüşlər başlaya bilər - İrəvanın son şansıSentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Paradda Azərbaycan və Türkiyə prezidentləri çıxış edərək, mühüm mesajlar veriblər. Ölkə başçıları 100 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu, "bir millət iki dövlət" ənənəsinə sadiq qaldıqlarını diqqətə çatdırıblar

Ümumilikdə isə həmin gün baş tutan parad hərbi güclə yanaşı, düşmənlərimizə verilmiş birlik mesajı kimi qiymətləndirilir.

Yenixeber.org: Bakıda keçirilən hərbi parad və Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərini  şərh edən ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov deyib ki, Ermənistan son hərəkətləri ilə Azərbaycana işğala son qoymaq üçün savaşdan başqa çıxış yolu qoymur: 

“Bu mesajlar təkcə parad zamanı yox, ondan əvvəl də verilirdi. Ancaq hazırda həm vəziyyət gərginləşib, həm də Azərbaycanın mövqeyi daha da sərtləşib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib ki, bundan sonra cərəyan edəcək proseslərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Çünki Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyilə, baş nazir Paşinyanın populist çıxışları və savadsız siyasi baxışları ilə göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. 



İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində, danışıqlar prosesində daha konstruktiv mövqe tutacaqlar. Amma bu baş vermir. Əksinə yeni rəhbərlik daha qeyri-konstruktiv mövqe nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyəsə nail ola bilərlər. Paşinyan isə öz mövqeyi ilə heç işıq yolu da qoymur. Beynəlxalq qurumlar iflic vəziyyətdədir. ATƏT-in Minsk qrupu demək olar ki, yox səviyyəsindədir. Əgər Ermənistan belə mövqe tutursa, dövlətin birinci şəxsi Qarabağla bağlı sərt ifadələrlə çıxışlar edirsə, beynəlxalq qurumlar hansısa addımlar atmalıdırlar. Amma bunu özlərinə rəva bilmirlər. Ona görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi”. 



Silahlı Qüvvələrimizin hazırda keçirilən təliminə toxunan polkovnik deyib: “Azərbaycan ordusu hazırda iri miqyaslı hərbi təlimlər keçirir. Bu təlimlərdə konkret olaraq düşmən qismində işğalçı Ermənistan hədəf götürülüb. Təlimin ssenarisində işğalçı qüvvələrin darmadağını, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəzərdə tutulub. Yəni əvvəlki təlimlərdə hədəf şərti düşmən idisə, bu təlimdə digərlərindən fərqli olaraq həm düşmən öz adı ilə çağırılır, həm ərazi öz adı ilə deyilir, həm də niyyət-Azərbaycan torpaqlarının işğaldan azad olunması öz adı ilə bəyan edilir. 

Ona görə də paradda deyilən haqlı və sərt mesajlardan sonra, hazırkı təlimlərin bu ssenari ilə davamı Azərbaycanın “bundan sonra yol yox artıq” deyərək hər an savaşa girə biləcəyini, öz torpaqlarını güc yolu ilə azad etməsində israrlı olmasını göstərir. Bununla yanaşı Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətiləşdirir. Düşünürəm ki, söz Ali Baş Komandandadır və o, tezliklə öz sözünü deyəcəkdir”. 



Politoloq Fikrət Sadıqov isə bildirib ki, işğalçı Ermənistan bu hərbi paraddan və orada verilən mesajlardan nəticə çıxarmalıdır: “İşğalçı dövlətin baş naziri Nikol Paşinyan ziddiyətli, həqiqətə uyğun olmayan, beynəlxalq hüququ tapdalayan bəyanatlarla çıxış edir. Azərbaycan isə sübut edir ki, həm danışıqlara sadiqdir, həm də işğala son qoymaq üçün hərbi potensialı yüksəkdir. Ermənistan dərk etsin ki, biz öz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq. Bunu Paşinyan, onu dəstəkləyən, havadarlıq edənlər də dərk etməlidir. Bakıda keçirilən hərbi parad ilk növbədə Ermənistana və onlara havadarlıq edən, dəstəkləyən dövlətlərə, qüvvələrə mesajdır. Bircə qalır nəticə çıxarmaları”. 

Politoloq qeyd edib ki, bu xəbərdalıqlar sonuncu addıma gətirən amillərdir: “Azərbaycan cəbhə bölgəsində hərbi təlimlər keçirir. Biz heç kimi qorxutmuruq. Sadəcə qarşıya qoyulan məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu amaldan heç bir qüvvə bizi daşındıra bilməz. Düşünürəm ki, Bakıda keçirilən hərbi paradda edilən xəbərdarlıq sonuncu addıma aparan amillərdən biridir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam