Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neft Daşlarında dalğanın hündürlüyü 2.8 metrə çatıb-FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən  iyunun 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Sarıbaşda intensiv və güclü olub.

Yenixeber.org: Bu barədə ETSN-dən bildirilib. Məlumata görə, düşən yağışın miqdarı Sarıbaşda (Qax) 43, Xınalıqda 6, Qusarda 5, Qəbələ, Xaltan, Qrızda 4, Gədəbəy, Altıağac, Yardımlıda 3, Kişçay (Şəki), Sədərək, Daşkəsən, Şahdağda 2, Tərtər, Bərdə, Zərdab, Ağstafa, Balakən, Gəncə, Şəmkir,  Lerikdə 1 mm-dək olub.

Qərb küləyi Naftalanda 30, Tərtər, Gəncə, Salyanda 28, Şəmkir, Neftçala, Beyləqanda 20, Biləsuvarda 19, Sabirabadda 17, Qazıməmməd, Şəmkirdə 16, Abşeron yarımadasında 20-23, arabir 26 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8  metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 31-34, dağlıq rayonlarda 25 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə isti olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam