Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”- Baş katib

“NATO-ya üzv dövlətlər arasında Liviyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Lakin eyni zamanda, NATO-ya üzv dövlətlər Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”.

Yenixeber.org: Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Liviyada baş verənləri yaxından izləyir.

Y. Stoltenberq bildirib ki, NATO-ya üzv dövlətlər Liviya münaqişəsinin siyasi danışıqlar yolu ilə həllini dəstəkləyir.

NATO-nun baş katibi Rusiyanın qırıcı təyyarələrini və muzdlu döyüşçülərini Liviyaya göndərməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, NATO-ya üzv dövlətlər Rusiyanın Liviyada qüvvələrinin sayını artırması ilə bağlı kəşfiyyat məlumatlarını öz aralarında paylaşmaqla bağlı razılığa gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam