Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mavritaniyada qalan azərbaycanlı dənizçilər Türkiyəyə gətirilib -VİDEO

 

Bir müddət əvvəl iş adı ilə aldadılıb Mavritaniyaya aparılan, sonradan ciddi problemlərlə üzləşən Azərbaycan vətəndaşı olan 4 dənizçi iyunun 21-də çarter reysi ilə Türkiyəyə gətirilib. 

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, İstanbul hava limanında onları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və hotelə yerləşdiriblər. 

ASCO-nun Türkiyə nümayəndəliyinin rəhbəri Orxan Qurbanov "Report"a bildirib ki, həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış hotel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti ödənilib: "Onlar yaxın günlərdə çarter reysi ilə Azərbaycana qayıdacaqlar. Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb. Onların işləmək üçün getdikləri gəmilərin Azərbaycanın heç bir şirkəti ilə əlaqəsi yoxdur".

Dənizçilər problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 4 azərbaycanlı dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri - Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər boş çıxıb, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşiblər.(report)

Müxbir: Vüsalə Abbasova

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam