Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı dənizçilər - Mavritaniyada problemlə üzləşdi

Azərbaycanlı dənizçilər Mavritaniyada problemlə üzləşdi
Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət 4 dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.
Yenixeber.org: Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib ki, müraciətə dərhal reaksiya verilərək Agentlik tərəfindən dənizçilərlə əlaqə saxlanılıb, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq onların otel və digər xərcləri ödənilib, lazımi köməkliyin göstərilməsi təmin edilib.

Onun sözlərinə görə, Dövlət Dəniz Agentliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir.

"Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir", - deyən T. Müseyibov qeyd edib ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam