Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Polkovnik:"Müdafiə naziri ordunun döyüşə hazır olduğunu dəlillərlə göstərdi"

"Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna tam hazırdır".

Yenixeber.org: Bunu açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin fikrincə, Silahlı Qüvvələrin əsas vəzifələrindən biri də Ermənistanın işğalı altında olan torpaqları azad etməkdir:

"Müdafiə naziri general-polkovnik Zakir Həsənov da çıxışında bildirdi ki, ordu Ali Baş Komandnın bununla bağlı əmrini yerinə yetirməyə hazırdır. Təbii ki, bu hazırlıq orduda aparılan islahatların nəticəsidir. Ona görə də cənab nazir çıxışında Azərbaycan Ordusunun bugünkü inkişafı və döyüşə hazır olması ilə bağlı kifayət qədər dəlillər gətirdi. Nazir eyni zamanda ordunun silahlanması, kadr potensialı və xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən danışaraq əsas məsələlərə diqqət çəkdi.

Düşünürəm ki, Azərbaycan Ordusunun ildə bir neçə dəfə genişmiqyaslı təlimlər keçirməsi döyüş hazırlığının daim artırılmasına xidmət edir. Ordumuzun beynəlxalq təlimlərdə iştirakı və beynəlxalq yarışlarda finala çıxması göstərir ki, Silahlı Qüvvələrimizin döyüş ruhu və hazırlığı kifayət qədərdir".

 

Şair Ramaldanov

Ehtiyatda olan polkovnik Şair Ramaldanov:

"Cənab nazir çıxışı ilə həm Ali Baş Komandana, həm də cəmiyyətə bir daha məruzə etdi ki, Azərbaycan Ordusu hər an bütün əmrləri yerinə yetirməyə hazırdır".

 

Polkovnik bildirib ki, Müdafiə naziri aparılan islahatlar və görülən işləri sadalayaraq Azərbaycan Ordusunun nəyə qadir olduğunu faktlarla sübuta yetirib: "Silahlı Qüvvələr döyüş potensialını daha da artırmaqla məşğuldur. Son ayda iki müasir hərbi hissənin açılışı da bunu deməyə əsas verir. Müasir tələblərə cavab verən hərbi hissələrin istifadəyə verilməsi döyüş hazırlığımızın artırılmasına hesablanıb. Bu gün hər hansı döyüş tapşırığını yerinə yetirməsi üçün şəxsi heyətin bütün təminatları var. Ona görə də cənab nazir çıxışı ilə həm Ali Baş Komandana, həm də cəmiyyətə bir daha məruzə etdi ki, Azərbaycan Ordusu hər an bütün əmrləri yerinə yetirməyə hazırdır".

Ş.Ramaldanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də ordunun döyüş hazırlığı haqqında yüksək fikirdə olduğunu bildirib: "Aprel hadisələrindən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev çox gözəl ifadə işlətdi. Dedi ki, əgər Azərbaycanı və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Ordusu qısa vaxtda işğalçı ordunu darmadağın edib öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu gün Silahlı Qüvvələrimiz peşəkar ordular sırasındadır, beynəlxalq arenada yüksək nüfuza sahibdir. Məhz buna görədir ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordular sırasında yer alır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam