Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Rusiya-Azərbaycan sərhədində nə baş verir?

 

  •                  İyunun 15-də Azərbaycanın Rusiya ilə sərhədində gərginlik yaşanıb.

Yenixeber.org: İki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verdiyi iddia edilir.

Azərbaycan və Rusiya arasında gediş-gəliş koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 18-i saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Ancaq Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşları toplaşıb.

Bizə danışan Azərbaycan vətəndaşlarının sözlərinə görə, "havaya atəş açılıb, onlara qarşı təzyiq olub və xəsarət alanlar var".

"Hər gün sərhəddən 120 adamı buraxırlar. Burada bir dağıstanlı polkovnik var, o, mütləq keçməli olanların siyahısını hazırlayır. Amma son məqamda Azərbaycan tərəfindən başqa siyahı göndərilir. Biz 2 aydır burada qalanlar keçə bilmir, başqaları sərhədi keçir", - 2 aydır sərhəddə gözlədiyini deyən Rüfət Əliyev bildirir.

Onun sözlərinə görə, qarşıdurma iyunun 15-də axşam saatlarında baş verib.

Azərbaycanla Rusiya arasında çəkildiyi iddia olunan və sosial mediada yayılan videolarda eşidilir ki, azərbaycanlı vətəndaşlar polislərin onlara təzyiq etdiyini deyir. Sonra sakinlərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranır, hərbi geyimlilər dəyənəklərlə sakinləri vurur. Sakinlər onlara müxtəlif əşyalar atırlar. Başqa bir videoda isə atəş səsləri eşidilir.

"Çadırlarda olanlar da çıxdı. Etiraz etdik ki, niyə sərhəddən buraxılmırıq? Rus qvardiya və OMON nümayəndələri gəldi. Göyə atəş açdılar. Gərginlik yarandı. Xəsarət alanlar var, bir dostumuz itkin düşüb", - Rüfət Əliyev deyir.

Hadisə ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyir ki, Dağıstanda baş verənlərlə bağlı "müxtəlif kanallarla məlumat əldə etməyə çalışır".

Xüsusi siyahı məsələsinə gəlincə nazirlik söçzüsü deyib ki, Rusiyada yaşayan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlar Azərbaycana qayıtmaq üçün "evə gedirəm" portalı ilə qeydiyyatdan keçirlər.

"Bu portalda qeydiyyatdan keçənlərə sistem vasitəsilə sıra nömrəsi verilib. Sıra nömrəsi əldə edən vətəndaş siyahıya daxil edilərək ölkəyə qaytarılır", - o deyib.

Vətəndaşların sərhəddə toplaşmasına gəldikdə isə Leyla Abdullayeva deyib ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edib ki, qeydiyyatdan keçmədən sərhədə yığışmasınlar.

Hadisə ilə bağlı Dağıstan Respublikası Daxili İşlər Nazirliyindən hələ ki, məlumat almaq mümkün olmayıb.

Azərbaycanda koronavirusa görə martın 24-də tətbiq olunmuş xüsusi karantin rejimi davam edir.(BBC)

Xəbər yenilənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam