Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycan-Rusiya sərhədində azərbaycanlı:"Ümid edirik ki, bir yolla qayıda biləcəyik"

 

 Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşları toplaşıb.

Yenixeber.org: Həmin şəxslərdən biri, Azərbaycan vətəndaşı Rüfət Əliyev deyib ki, onlara Azərbaycana keçməyə icazə verilmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Azərbaycana qayıtmaq istəyən vətəndaşların səfirliyə müraciət etməyə səsləyib.

Martın 18-də koronovirusun yayılması ilə bağlı Rusiya ilə Azərbaycan arasında gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

Rüfət Əliyevin dediyinə görə, o, və onunla birlikdə Dağıstana gələnləri sərhədə üz tutmağa maddi vəziyyətinin çətinləşməsi məcbur edib.

"Bura gələnlər məni kimi insanlardı. Heç bir adam Moskva, Peterburq və ya Vladivostok kimi yaxşı yerləri buraxaraq, buraya gəlib, kəndin ortasında, orda-burda qalmaq istəməz, - Rüfət Əliyev bildirir. - Camaat kim harda qalır. Köhnə sənaye tikili binasında qalan var. Məsciddə növbə-növbə yatanlar var. Kənd camaatı sağolsun, bəziləri aparırlar evlərinə, çörəkləri ilə boluşürlər", - Dağıstanın Məhərrəmkənd rayonundakı Qullar kəndində olan Rüfət Əliyev bildirib.

Rusiyada yaşayan azərbaycanlılar www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə ölkəyə qayıda bilər. Məlumata əsasən, qeydiyyatdan sonra ardıcıllıqla qayıtma vaxtı təyin olunacaq. Lakin Rüfət Əliyevin dediyinə görə, o, portalda qeydiyyatdan keçsə də, Azərbaycana qayıda bilməyib.

"Mən qeydiyyatdan keçəndə ayın 20-si idi. 1010-cu idim. Bu gün baxmışam ki, 636-cı adamam. Hamı gözləyir nə olacaq, ümid edirik ki, bir yolla qayıda biləcəyik".

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Azərbaycana qayıtmaq istəyən vətəndaşların səfirliyə müraciət etməyə səsləyib.

"Səfirliyimizə müraciət etsinlər. Azərbaycan hökuməti bütün vətəndaşlarına yardım göstərir və bunu davam etməkdir. İndiki vəziyyətdə xahişimiz səbirli, anlayışlı olmaqdır", - Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Rusiyada qalan vətəndaşları qaytarmaq üçün 18-23 aprel arasında evegedirem.info portalında qeydiyyat başa çatıb, məlumat təhlil edilməkdədir və təxliyə planları mərhələli şəkildə davam etdiriləcək.

"Azərbaycan vətəndaşlarının qaytarılması məsələsi ölkədə infeksiyanın yayılması ilə bağlı mövcud vəziyyət və karantin yerlərilə birbaşa əlaqəli şəkildə həyata keçirilir."

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub və sonradan bu müddət mayın 4-dək uzadılıb.(BBC News)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam