Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tələbələrə yanlış məlumat verən -kafedra müdiri işdən çıxarıldı

Tələbələrə yanlış məlumat verən kafedra müdiri işdən çıxarıldı
Azərbaycan Texniki Universitetinin (AzTU) “Xarici dillər” kafedrasının müdiri Yusif Süleymanov öz vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq pandemiya dövründə tələbələrə imtahanla bağlı yanlış məlumat vediyinə görə vəzifəsindən azad olunub.
Yenixeber.org: Universitetdən verilən məlumata görə, həmçinin öz vəzifə öhdəliklərini aşaraq tələbələrə imtahanların keçirilməsi ilə bağlı yalan məlumat verdiyinə və tələbələr arasında çaşqınlıq yaratdığına görə kafedranın professor-müəllim heyətinə xəbərdarlıq edilib. “Xarici dillər” kafedrasının müdiri vəzifəsi müvəqqəti olaraq rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanovaya həvalə edilib.

Eyni zamanda “Xarici dillər” kafedrasında tədrisin təşkili vəziyyətini öyrənmək və günün tələblərinə uyğun səviyyədə qurmaq məqsədilə, kafedrada ciddi metodoloji və təşkilati dəyişikliklərə ehtiyac yarandığı nəzərə alınaraq, professor-müəllim heyətinin attestasiyasının keçirilməsi qərara alınıb. Professor-müəllim heyətinin attestasiyaya hazırlığına yardım məqsədilə kənardan müvafiq dillər üzrə uyğun sertifikata malik mütəxəssislər cəlb edilməklə treninqlərin keçirilməsinə göstəriş verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam