Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Tibb Universitetinin bioloji kimya kafedrasında bazar açılıb?-Şikayət

 

Kafedra müdiri Arif Əfəndiyevlə rektor köməkçisi Rəna Süleymanova Gəray Gəraybəyliyə arxalanaraq heç bir şikayəti dinləmirlər

Yenixeber.org: Azərbaycan Tibb Univrsitetinin bir qrup tələbəsinin redaksiyamıza göndərdikləri məlumatda iddia edilir ki, bioloji kimya kafedrasında sözün əsl mənasında açıq bazar yaradılıb.

Adlarının açıqlanmasını istəməyən tələbələr qeyd edirlər ki, istənilən vaxt bioloji kimya kafedrasının qarşısına gəlsəniz burda tələbə izdihamının şahidi olacaqsınız. Məlumatda bildiirlir ki, universitetdə təhsil alan yerli və xarici tələbələrin əksəriyyəti kafedrada rüşvət verməklə ballarını artırırlar.

Tələbələrin sözlərinə görə, qabaqlar bir bal üçün 10 manat alırdılarsa indi bu rəqəm artırılaraq 15 manata çıxarılıb:

“Tibb Universitetində baş verən bu biabırçılıqdan rektor Gəray Gəraybəylinin xəbərinin olmaması isə müəmmalıdır. Çünki bizdən alınan pullara nəzarəti rektorun texniki məsələlər üzrə köməkçisi Rəna Süleymanova edir. Rəna xanımın digər köməkçisi isə isə Həmid Quliyev adlı müəllimdir. Azərbaycan Tibb Universitetində Arif Əfəndiyevlə Rəna Süleymanovanın tələbələrdən aldıqları rüşvəti hər kəsin bildiyi halda rektor Gəray Gəraybəylinin bilməməsi isə heç də inandırıcı görünmür”.

Tələbələr qeyd edirlər ki, bir vaxtlar xarici tələbələrə az da olsa güzəştlər edilirdisə indi bütün güzəştlər aradan qalxıb və indi sadəcə bir deviz var: “oxumursansa pulunu ver balını artır”.

Tibb Universitetindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(aztoday.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam