Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Nyu York açılır, Britaniya qapanır, Yeni Zellandiya bütün qadağaları ləğv edir - Koronavirus gündəmi

Vaxtilə Birləşmiş Ştatlarda koronavirus pandemiyasının episentri sayılan Nyu York şəhərində iyunun 8-də bəzi şirkətlər yenidən açılır. Britaniya isə ölkəyə gələnləri iki həftəlik özünütəcridə alacaq.

Yenixeber.org: İki ay qabaq Nyu Yorkda hər gün COVID-19 xəstəliyindən yüzlərlə insan həyatını itirirdi. İndi isə bu rəqəm 500 civarındadır. Rəsmilər artıq sənaye, tikinti, topdan və pərakəndə satış sektorlarının yenidən işə başlaya biləcəyini deyirlər. Açılımın ilkin mərhələsində 400 minədək sakinin iş başına dönəcəyi özlənir. Ümumilikdə Nyu Yorkda COVID-19-dan 22 min nəfər vəfat edib.

Ancaq Britaniyada qüvvəyə minən ikihəftəlik özünütəcrid qaydasını hava nəqliyyatı şirkətləri pisləyir. Məqsəd xaricdən gələ biləcək ikinci dalğa yoluxmaları önləməkdir. "British Airways", digər hava şirkətləri isə qeyri-adekvat vəədalətsiz hesab etdikləri addıma görə hökuməti məhkəməyə veriblər.

Qadağa həm sakinlərə, həm turistlərə aiddir. Yük maşınları sürücüləri, təməl tibbi xidmət əməkdaşları, İrlandiyadan gələn, orada azı iki həftə qalmış şəxslər istisna təşkil edir. Britaniyaya daxil olanlar səyahətlərinin detallarını, özlərini harada təcrid edəcəklərini açıqlamalıdırlar.

Latın Amerikası, Avropa, Yeni Zelandiya

Dünya üzrə COVID-19-dan ölənlərin sayı 402 mini keçib, təsdiqlənmiş yoluxma halları 7 milyondan çoxdur. Latın Amerikasında ölüm halları çoxalır. Qvatemala Prezidenti Alexandro Giyametti iyunun 7-də deyib ki, administrasiya və təhlükəsizlik xidmətindən 18 nəfərin testləri pozitiv çıxıb, o, məsafədən işləyəcək və prezident administrasiya dezinfeksiya olunacaq.

Avropanın bir çox ölkələri iqtisadiyyatı tədricən açır, sərhədlərini daha da açmağı planlayır.

Yeni Zelandiyanın Baş naziri Xacinda Ardern deyib ki, iyunun 9-dan ölkədə sərhəd qadağalarını çıxmaqla bütün koronavirus tədbirləri ləğv olunur. O, ictimai və özəl tədbirlərin heç bir qadağasız keçiriləcəyini, pərakəndə satış və turizm sektorunun normal fəaliyyət göstərəcəyini bildirib. Artıq 17 gündür Yeni Zeıandiyadan yeni yoluxma aşkarlanmayıb. Ardern deyib ki, ölkədə yəqin ki daha yeni yoluxma baş verməyəcək.

Cənubi Koreyada yeni yoluxma halları qeydə alınmaqdadır. Yoluxmalar əsasən Seul ərazisindədir. Ölkədə indiyədək 11 min 814 yoluxma, 273 ölüm qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam