Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyada koronavirusun ən çox yayıldığı ölkələrin adları məlum oldu - SİYAHI

ABŞ-ın COVID-19-la bağlı hesablamalar aparan Con Hopkins Universiteti dünyanın ayrı-ayrı ölkələrində koronavirus pandemiyası ilə bağlı son statistikanı açıqlayıb.

Yenixeber.org: Hazırda dünyada ümumilikdə 1 920 618 koronavirus xəstəsi var. Koronavirusun ilk dəfə aşkarlandığı ötən ilin dekabrından bu günə kimi ümumilikdə 119 687 nəfər bu virusdan dünyasını dəyişib.

Bəs COVID-19-un ayrı-ayrı ölkələr üzrə yayılması, insan itkiləri ilə bağlı vəziyyət necədir?

Hazırda koronavirusa ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu ölkədə 582 607 COVD-19 infeksiyası daşıyıcısı var. ABŞ-da 23 628 nəfər pandemiyanın qurbanı olub. ABŞ hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Siyahıda ikinci yerdə 170 099 yoluxma halı ilə İspaniya qərarlaşıb. Bu ölkədə həkimlər 17 756 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.

İtaliyada da vəziyyət ürək açan deyil. COVID-19 infeksiyasına 159 516 yoluxmanın təsdiqləndiyi bu ölkədə 20 465 nəfər virusdan ölüb.

 

 

Siyahıda dördüncü yerdə qərarlaşan Fransada 137 877 nəfər virus daşıyıcısı hesab edilir. Bu ölkədə 14 986 nəfər pandemiyadan vəfat edib.

Almaniya həmin sırada 130 072 virus xəstəsi ilə beşinci yerdədir. Avropanın bu ölkəsində 3 194 nəfər COVID-19-dan dünyasını dəyişib.

Son bir neçə ayda 89 571 nəfərə virusa yoluxma diaqnozunun qoyulduğu Böyük Britaniya ölüm hallarının sayına görə Almaniyanı üstələyib - 11 347 itki.

Bir zamanlar koronavirus epidemiyasının episentri sayılan Çinin ümumilikdə 83 302 vətəndaşı virusa yoluxub, 3 345 nəfər ölüb.

Qeyd edək ki, virusa yoluxma hallarının ən çox olduğu ölkələrin siyahısında İranın (73 303 yoluxma, 4 585 ölüm), Türkiyənin (61 049 yoluxma və 1 296 ölüm), nisbətən aşağı göstəricilərlə Belçikanın, Niderlandın, İsveçin, Kanadanın, Braziliyanın, Rusiyanın, Portuqaliyanın və digər ölkələrin də adları var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam