Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniyada qaçqınlar arasında dava - Azərbaycan vətəndaşı xəsarət alıb -VİDEO

Almaniyanın Şimali Reyn Vestafliya əyalətindəki bir qaçqın yataqxanasında sığınacaq axtaranlar arasında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

Yenixeber.org: Bonn şəhərində yerləşən qaçqın yataqxanasında yaşayan Azərbaycan vətəndaşlarının verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, yataqxanadakı mətbəxlərin birində qeydə alınıb.

Mətbəxin çirkli olması səbəbindən dava edən Nigeriya və Eritreyadan olan sığınacaq axtaranları sakitləşdirməyə çalışan 32 yaşlı Azərbaycan vətəndaşı atılan dəmir tava nəticəsində baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə yataqxananın mühafizəçiləri və Bonn şəhər Polis Təşkilatının işçiləri gəliblər.

Dava edən şəxslər saxlanılıb, xəsarət alan azərbaycanlı isə təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.

Həkimlər onun baş nahiyəsinə 3 tikiş qoyduqdan sonra, ambulator müalicə üçün evə buraxıblar.

Faktla bağlı Bonn Polis Təşkilatı tərəfindən araşdırmalar davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam