Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər

 

Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani erməni həmkarı Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.

Yenixeber.org: Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər söhbət zamanı bir daha koronavirusla bağlı mövcud vəziyyətə dair və virusun yayılmasının qarşısının alınması üçün hökumətlərin həyata keçirdiyi tədbirlər barədə informasiya mübadiləsi aparılıb.

D.Zalkaliani Gürcüstanın baş naziri adından bir daha Ermənistan tərəfinə koronavirusla mübarizədə kömək təklif edib.

Z. Mnatsakanyan Gürcüstan tərəfinə təklifə görə təşəkkür edərək dəstəyi yüksək qiymətləndirib. Tərəflər aktiv kommunikasiyanın davam etdirilməsinə dair razılıq əldə ediblər.

Danışıq zamanı həmçinin, təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, pandemiya dövründə regional və qlobal təhlükəsizlik xüsusilə böyük əhəmiyyət kəsb edir.

XİN başçıları ikitərəfli və çoxtərəfli, həmçinin “Şərq Tərəfdaşlığı” formatında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam