Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AZAL 134 nəfəri “qara siyahı”ya salıb

AZAL 134 nəfəri “qara siyahı”ya salıb

 

Hal-hazırda “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı”na 134 nəfər daxildir.

 

Yenixeber.org: Bu barədə  AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

AZAL rəsmisinin sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır. 

“Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir”.

P.Kəsəmənski qeyd edib ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı” ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. “Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və passport nömrəsini yazaraq sərnişinin arzuolunmaz sərnişinlərin siyahısında olub-olmaması və əgər siyahıya daxil edilmişdirsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam